Müharibə əleyhdarı gənclər hərəkatının fəalları Qəzzada müharibənin dayandırılmasını tələb edərək Sent-Luisdə Boeing zavodunu bağlayıblar. Elchi.az xəbər verir ki, bu barədə hərəkat “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Fəallar müəssisəyə bütün yanaşmaları əngəlləyib, ABŞ prezidenti Co Baydenə və Konqresə müraciət ediblər. “Biz Konqresdən və Baydendən dərhal atəşkəsə çağırmağı və İsraili silahlandırmağı dayandırmağı tələb edirik” – deyə qeyd olunub.
Bundan əvvəl Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl bəyan edib ki, sülh danışıqları İsrail və ABŞ ucbatından mümkün deyil. Siyasətçinin sözlərinə görə, Fələstin prezidenti Abbas və ABŞ dövlət katibi Blinkenin görüşündən sonra münaqişənin həlli istiqamətində ölkələr tərəfindən heç bir müsbət addım atılmayıb.
Havar Şəfiyeva






