Oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumu zamanı Qəzza zolağından atılan raket nüvə silahının yerləşə biləcəyi hava bazasına düşə bilər. Elchi.az xəbər verir ki, bu barədə “New York Times” peyk görüntülərinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, nüvə silahı anbarlarının özləri vurulmasa da, İsrailin mərkəzindəki Sdot Micha bazasına endirilən zərbə raket anbarlarına yaxınlaşan yanğına səbəb olub. Jericho raket sistemi, böyük bir radar sistemi və hava hücumundan müdafiə batareyasının yanında kiçik bir dərəyə düşüb.
Qeyd olunur ki, bu zərbə fələstinli yaraqlıların İsrailin nüvə silahlarının saxlandığı iddia edilən obyektə hücumu ilə bağlı ilk məlum hadisədir. Bununla belə, hərəkatın aviabazada sadəcə İsrail hərbi obyekti olmasından başqa nəyin saxlandığını bilib-bilmədiyi aydın deyil.
Peykdən çəkilmiş son görüntülərə görə, raket zərbəsi yerinin yaxınlığındakı hərbi mövqelərin ətrafında yeni torpaq kurqanları və maneələr yaradılıb.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə reydlərə komandanlıq edən Həmas üzvü Haitham Huwajarinin məhv edildiyini açıqlayıb. O, həmçinin Əl-Şifa Xəstəxanasında hərəkatın fəaliyyətinə rəhbərlik edib və Qəzzanın Şati bölgəsindəki qüvvələrə komandanlıq edib.
Havar Şəfiyeva






