UNİCEF-dən Qəzza hesabatı: Qadınlar küçədə uşaq doğur
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin hücumları nəticəsində xəstəxana və səhiyyə müəssisələrinin istifadəsiz qalması səbəbindən Qəzzada qadınların küçədə uşaq dünyaya gətirmək məcburiyyətində qaldığını açıqlayıb.
UNİCEF-in dərc etdiyi hesabatda, hesablamalara görə, hazırda Qəzza zolağında 50 min hamilə qadının olduğu bildirilir və əlavə edilir: “Bombardmanlar, zədələnmiş və ya işlək olmayan səhiyyə ocaqları, kütləvi yerdəyişmə, su və elektrik enerjisinin çökməsi. ərzağı, qida və dərmana çıxışın məhdudlaşdırılması anaları yeni doğulmuş və uşaq sağlamlığı xidmətlərini ciddi şəkildə pozur. Qəzzada təxminən 50 min hamilə qadın var və hər gün 180-dən çoxu uşaq dünyaya gətirir. “Bunların 15 faizi hamiləlik və ya doğuşla bağlı ağırlaşmalarla qarşılaşacaq və əlavə tibbi yardıma ehtiyacı var” dedi.
Şayəstə Hüseynova






