İŞİD terror qruplaşmasının Şimal Əfqanıstan üzrə lideri Baz Məhəmməd adlı terrorçu polislər tərəfindən saxlanılıb.
Əfqanıstanın Cüzcan vilayətində ələ keçirilən terrorçu qadın paltarı geyinərək qaçmaq istəyib.
Lakin onun bu istəyi baş tutmayıb.
Qeyd edək ki, bir neçə gün öncə Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının regional liderlərindən biri olan Hafiz Səid Xan da məhv edilib.




