Belarusdan Moskvaya işləməyə gələn qadın pivə içdikdən sonra komaya düşüb.
Elchi.az bu barədə Ren.tv-yə istinadən məlumat verir.
Telekanalın məlumatına görə, qadın həyat yoldaşı ilə birlikdə paytaxta gəlib. Həyat yoldaşı işdə olarkən qadın evdən çıxıb və sərxoş halda qayıdıb.
O, həyat yoldaşına pivə içdiyini deyib. Lakin bir müddət sonra qadın həyat yoldaşının sözlərinə cavab verməyi dayandırıb, bundan sonra isə qadının əri həkim çağırıb. Qadın komaya düşüb və reanimasiya şöbəsindədir. Ona naməlum maddələrdən zəhərlənmə diaqnozu qoyulub”.
Bundan əlavə, zərərçəkənin burnu sındırılıb. Əri bildirib ki, onu divana köçürmək istəsə də, bacarmayıb, nəticədə qadın burnunu mebelin arxasına vurub.
Yeganə





