Qadın zəncirvari qəzaya səbəb oldu – Bakıda + Video

>

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bunu da oxuyun

“Report” xəbər verir ki, hadisəyə “Mercedes” markalı avtomobilin sükanı arxasında olan Elnarə Məmmədovanın ara məsafəsi saxlamaması səbəb olub.

Belə ki, Azadlıq prospektində hərəkətdə olan “QAZ-3110” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında qəfil əyləci basıb. Onun arxasınca gələn, Yusifov Rövşən adlı sürücünün idarə etdiyi “Daewoo” markalı “taxi” də zamanında əyləcdən istifadə edə bilib. Ancaq sonda gələn E.Məmmədova idarəetməni itirərək “Mercedes”lə qarşıdakı iki avtomobilə çırpılıb.

Qəza nəticəsində hər üç maşına ciddi ziyan dəyib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728