“Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”Ümummilli lider Heydər Əliyev
Ədəbiyyatımızda diplomat Sara xatunun, Tomris ananın, “Dədə-Qorqud”-da Selcan xatunun, Burla xatunun,”İsgəndərnamə”-də Nüşabənin,”Koroğlu”-da Nigarın, şair Məhsəti Gəncəvinin, Xurşudbanu Natəvanın simasında formalaşaraq yeni əsrdə ali meyarları özündə ehtiva edən, cəmiyyətin sosial, mədəni, təhsil, elm sahəsində öz töhvələrini verən, milli məfkurəçilik ideyalarına sadiq qalan Azərbaycan qadını sözün əsl mənasında nəciblik, xeyirxahlıq və fədakarlıq rəmzidir.
Şərqin ilk Demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanan qadınlar bu gün ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, sosialyönümlü fəaliyyət sferasında daha səmərəli və faydalı çalışır, cəmiyyətə vətənpərvərlik ideyalarının təbliği, milli-mənəvi və mental, dəyərlərin qorunması, vətəndaş cəmiyyətinin yaradılmasında əzmkarlıq nümunəsi kimi Azərbaycan qadını simvolunu layiqli şəkildə təcəssüm etdirirlər.
Bu gün cəmiyyətin elə bir fəaliyyət sahəsi yoxdur ki, orada qadın əməyi, qadın ideyası, qadın beyni olmasın. Məhz bu fövqəlxüsusiyyətləri özündə cəm edən Azərbaycan qadını zəhməti, isməti və zəkası ilə hər zaman uğurlara imza atır, öz ictimai fəallığı ilə cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Azərbaycan tarixi şərəfli səhifələrlə zəngindir və daim Azərbaycançılıq məfkurəsinə sadiq qalan, millətinin, xalqının qəlbində möhtəşəm abidə ucaldan qadınlar hər zaman tarixin səhifələrində vərəqlənəcək. Tarixin məlum dövründən başlayaraq neçə-neçə şəxsiyyətin həyat salnaməsi bizə əfsanəvi yüzilliklərdən söz açır. Dahi şəxsiyyətlərin həyat yolu ilə tanış olarkən zamanın rəsmini yaratmağa nail oluruq. Ömrünün bir xatirəyə çevrilməsi şərəfi hər qadının nəsibi deyil. Müdrikliyi, saflığı, vətəndaşlıq mövqeyi, şəxsi mənafeyindən daha çox xalqını, millətini düşünməsi şübhəsiz xalqın qəlbində əbədi yaşamağa layiqdir.
“El qədrini bilənləri el yaşadar”-atalar deyib. Zərifə xanımın simasında formalaşan zərif qadın məfkurəsi bu gün Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın qadın çöhrəsində daha qabarıq təcəssüm olunur. Qloballaşan dövrdə, Azərbaycanın dünyaya inteqarsiyası zamanı Azərbaycanın dövlət olaraq məxsusiliyin dünyəviləşməsi istiqamətində elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə gerçəkləşən layihələr ölkəmizin yeni imicinin qazanılmasında müstəsna əhəmiyyəti var.
Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətə transformasiyası, kişilərlə qadınlar arasında bərabər hüququn əldə olunması, seçkili orqanlarda, parlamentdə, dövlət idarəetmə orqanları rəhbərliyində təmsil olunması Azərbaycan qadınına verilən ən böyük dəyərdir. Respublikamızda qadın siyasətinin sistemli və ardıcıl şəkildə aparılması istiqamətində ölkənin ictimai –siyasi və mədəni həyatında seçilən qadınlar YAP-da kifayət qədər təmsil olunurlar.
Partiyanın Qadınlar Şurası bu istiqamətdə inkişaf hədəflərinin daha da genişləndirir, özfəaliyyətyönünü maarfifləndirici tədbirlərin, xeyriyyə aksiyalarının, bu və ya digər tədbirlərin keçirilməsində qurur. Geniş imkan, bacarıq və potensiala malik olan Azərbaycan qadını ölkənin inkişafına layiqli töhfələr verməyi sözün əsl mənasında qadın qeyrəti, qadın ləyaqəti kimi görür. Ulu öndərin siyası kursunu prinsip etibarilə yeni meyarlarla inkişaf etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin sürətlə inkişaf etdirir. Həyata keçirilən siyasi kursun inkişaf platformasında regionlarda yaşayan, ictimai fəallığı ilə seçilən, partiyamızın məqsəd və prinsiplərinə, dövlət ənənlərinə sadiq qalan qadınlarımız yetərli qədərdir.
Biz qadınlara da rayon rəhbərliyi tərəfindən hər zaman göstərilən diqqət və qayğı, 8 Mart Beynəlxalq Qadınlar Günündə onların sosial və ictimai fəallığının qiymətləndirilməsi onlara iki qat bayram sevinci yaşatdı. Göstərilən diqqət onların cəmiyyətdə daha da fəaliyyətlərinin yeni adekvat formalarının təmin olunmasına böyük stimul verir. Zəngin mədəni irsə malik olan xalqımız qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiram göstərir. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından biz qadınların üzərinə böyük məsuliyyət düşür. Mən də bir gənc xanım olaraq fəal ictimaətçi olmağımla qürur duyuram.
Ümumiyyətlə, bütün regionlarımızda olduğu kimi Biləsuvarda da bütün sahələrdə çalışanlar, xüsusilə də qadınlar dövlətimizin, eləcə də rayon rəhbərliyinin yüksək qayğısı ilə əhatə olunur və onların əməyi yetərincə qiymətləndirilir. Əlbəttə, sivil cəmiyyətimizdə bərabər hüquqlu addımlamağımız, hərtərəfli qayğı biz xanımları çalışdığımız sahələrdə işimizə daha həvəslə, məsuliyyətlə yanaşmağa sövq edir. Həqiqətən də ailədə və cəmiyyətdə böyük düha sahibləri olan qadınlara göstərilən etimada, diqqət və qayğıya görə ölkə prezidentinə, rayon rəhbərliyinə çoxsaylı ziyalı qadın ordusu adından təşəkkürümüzü çatdırırıq və əmin edirik ki, rayonumuzda bundan sonra da zərif cinsin nümayəndələri qadın hərəkatının geniş vüsət alınmasında nəcib və xeyirxah məqsədlər naminə sistemli şəkildə çalışacaq, əməli fəaliyyətləri ilə öz töhfələrini verəcəklər. Ailə ocağının qoruyucusu, zəriflik nişanəsi, xeyirxahlıq simvolu olan Azərbaycan qadınına yüksək amallar naminə daim əzmkarlıq və tükənməz enerji arzulayır, xalqımızın Novruz bayramını təbrik edirik.
Ləman Yüzbaşova,
YAP Biləsuvar rayon Təşkilatı
Qadınlar Şurasının sədri



