
Məşhur aktyor Oqtay Kaynarca “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında canlandırdığı Hızır roluna görə təyyarədə qadınlar tərəfindən hücuma məruz qalıb. Serialda həyat yoldaşına xəyanət edən kişi obrazını canlandıran aktyor mindiyi təyyarədə bir neçə qadının ittihamları ilə üz-üzə qalıb. Belə ki, qadınlar Kaynarcaya “bu rol sizə heç yaraşarmı?”, “insanlara pis nümunə olursunuz” kimi sözlər deyiblər. Bunun müqabilində aktyor narazı halda təyyarənin tualetinə girib. Təyyarədəki stüardessaların köməyi ilə qadınlar sakitləşəndən sonra aktyor oradan çıxaraq yerində oturub.



