"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qadınların pensiya yaşı azaldılmalıdır”

05 May 2022 - 21:16
in MANŞET

Qüdrət Həsənquliyev: “Xanımlar üçün iş imkanlarını genişləndirməliyik”

Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı öz fikirlərini bölüşüb.

Millət vəkili dəyişikliklərin vətəndaşların vəziyyətini yaxşılaşdıracağı fikri ilə razılaşmadığını diqqətə çatdırıb:”Yeni dəyişikliklərlə 10 uşaq anası olan vətəndaşa əvvəlki dövrlə müqayisədə daha az güzəştlər ediləcək”.

Millət vəkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iclasa qatılan əməkdaşlarına sualla müraciət edib: “Qanuna əsasən, 10 uşağı olsa belə qadınların pensiya yaşına 5 il güzəşt olunur. Xahiş edirəm aydınlıq gətirsinlər, bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcəklər ki, çoxuşaqlı anaların pensiya yaşından tez pensiyaya çıxmasını bu cür əngəlləyirlər?”.

Millət vəkili bildirib ki, Azərbaycanda əmək pensiyası yaşını Avropa ölkələri ilə müqayisə edirlər: “Avropa ölkələrinin böyük qismində pensiya yaşı bizdən aşağıdır. Bizimlə eyni olanlarda isə orta ömrün uzunluğu 83 ildir. Bunu nəzərə almaq vacibdir. Pensiyanın minimal həddi 240 manatdır ki, bu da azdır. Bu məbləği artırmaq lazımdır”.

Millət vəkili Rusiyada 4 uşağı olan analara ev verildiyinə də diqqət çəkib və bildirib ki, qadınların pensiya yaşı azaldılmalıdır ki, gənc qadınlar üçün də iş imkanı yaransın”.

Qüdrət Həsənquliyev həmçinin əlavə edib ki, məsul vəzifələrdə çalışan qadınların sayı qaneedici deyil: “Bir nazir postunda qadın yoxdur. Bizdə cəmi bir xanım icra başçısı var. Komitə sədrlərinə baxın, bir Ailə, Qadın və Uşaqlarla Dövlət Komitəsinin rəhbərindən başqa, hamısı kişilərdir. Bizdə rabitə ilə bağlı kitabçalar var, ordakı telefon nömrələrinə baxın, əksəriyyəti kişilərdir. Biz şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verən xalqıq. Kvota qəbul olunmalıdır ki, dövlət orqanlarında çalışan qadınların sayı 35 faizdən aşağı olmasın. Azərbaycanda, xüsusilə qadınlarla bağlı məsələlərə yenidən baxmalıyıq. Xanımlar üçün iş imkanlarını genişləndirməliyik. Qadınlar cəmiyyətin bütün institutlarında işləməlidir. Böyük Cavid deyirdi ki, bəşəriyyət qadınla yüksələcək”.

Millət vəkili həmçinin bildirib ki, bu istiqamətdə Milli Məclisin də üzərinə böyük iş düşür: “Çox yaxşı haldır ki, Azərbaycanda Birinci vitse-prezident, eləcə də Milli Məclisin sədri xanımdır. Amma bu, kifayət deyil. Azərbaycan patriarxal, orta əsr ölkəsi deyil. Ona görə də biz bu istiqamətdə yanaşmanı dəyişməliyik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin İsrail Baş naziri ilə danışıqlar apardı

Next Post

AzMİU-da narkomaniya ilə bağlı növbəti tədbir keçirilib – FOTOLAR

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
AzMİU-da narkomaniya ilə bağlı növbəti tədbir keçirilib – FOTOLAR

AzMİU-da narkomaniya ilə bağlı növbəti tədbir keçirilib – FOTOLAR

Putin Lavrovun sözlərinə görə İsraildən üzr istədi – YENİLƏNİB

Putin Lavrovun sözlərinə görə İsraildən üzr istədi - YENİLƏNİB

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.