"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qafar Çaxmaqlı: “Türkiyə ilə Azərbaycan güclərini birləşdirdikcə ermənilər daha çox ifşa olunacaqlar”

31 Dekabr 2014 - 12:51
in MÖVQE

“Bu gün “Ermeni ideolojileri ve düşünce sistemi:tsekrakronizm ve faşizm örnekleri” adlı yeni kitabımın nəşri üçün a670b3de346c04503054b1257fb4d672nəşriyyatla müqavilə imzaladım. Kitab ermənilərin xristianlığı qəbul edəndən sonrakı düşüncə sistemlərindən bəhs edir. Bu sistem humanist dünyadan fərqli olub. XX əsrdə erməni komitələri və yeraltı təşkilatlarının düşüncə sistemində terrorun da yeri olub. Osmanlı imperiyası I dünya savaşından məğlub çıxandan sonra  tsexakronizm  cərəyanının liderlərindən biri olan Qaregin Njde Avropaya qaçıb, İkinci dünya müharibəsində faşistlərə Türkiyəyə qarşı əməkdaşlıq təklif edib. Tsexrakonizm irqlə dini birləşdirən bir düşüncə sistemidir və praktik fəaliyyətdə terroru istisna etmir. İkinci dünya müharibəsində sovetlər tərəfindən əsir alınan Qaregin   Njde 1955-ci ildə həbsxanada ölüb. Andranikizim adlanan ikinci cərəyan isə Böyük Ermənistan xülyasını həyata keçirməyi nəzərdə tutur. Xüsusilə, gəncləri bu ideologiya ətrafında birləşdirməyə çalışırlar”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Bunu APA-ya açıqlamasında Kayseridəki Ərciyəs universitetinin dosenti, ermənişünas alim Qafar Çaxmaqlı deyib.

 

Q. Çaxmaqlı bildirib ki, hazırda ermənilər “soyqırım” böhtanlarının 100-cü ilinə hazırlaşırlar : “Mənim fevralda çapdan çıxması planlaşdırılan yeni kitabım “soyqırım” böhtanlarının 100-cü ilində Türkiyəyə təzyiqi gücləndirməyə çalışan ermənilərə tutarlı  cavab xarakterindədir”.

Q. Çaxmaqlı bildirib ki, bu prosesdə Türkiyəyə hər tərəfdən təzyiq ediləcəyini düşünür: “Ermənistanın isə Türkiyədən torpaq və təzminat tələbini gündəmə gətirəcəyini gözləyirəm. Çünki “soyqırım” böhtanlarının dünya miqyasına yayılması sahəsində ermənilərin “uğuru” 1965-ci ildə başlayıb. Məhz o ildə Uruqvay parlamenti “soyqırımı” tanımış və Kreml “soyqırım”ın 50-ci ilini qeyd etməyə və abidə qoymağa icazə vermişdi. 2015-ci ildə ermənilər 50 il əvvəlkinə bənzər “uğur” əldə etməyə çalışacaqlar. Türkiyə bütün tərəflərdən gələ biləcək təzyiqlərə qarşı hazırlıqlıdır. Hökumətin bu sahədə açığa vurulmayan fəaliyyətlərinin olduğu bilinməkdədir. Ancaq təəssüf ki, bəzi türklər bu prosesdə öz cılız məqsədləri naminə ermənilərin dəyirmanına su tökürlər. Məsələn, Fatih Akının “Kəsik” filmi bu qəbildən olan mənasız bir addımdır. Ermənilər indi taktika işlədərək belə türklərdən öz məqsədləri üçün istifadə edirlər. Məsələn, ABŞ-da Tamer Akçam adlı bir “alim”  elmi həqiqətlərdən uzaq olan yazılarında daima Türkiyəyə böhtanlar atır. Jurnalist-yazar Həsən Camalın babası Camal paşa Osmanlı imperiyasını arxadan vuran ermənilərə qarşı lazımi tədbiri gördüyünə görə, 1921-ci ildə Tiflisdə ermənilər tərəfindən şəhid edilib. 2 il qabaq Həsən Camal “soyqırımı” qəbul edən kitab yazdı. Həsən Camal  elə bilirdi ki, Ermənistandakı “soyqırım” abidəsinin yanında ona da heykəl qoyacaqlar, ancaq axtardığını tapa bilmədi. Hrand Dink  vəqfinin xəttiylə Türkiyə ilə Ermənistan arasındakı əlaqələri “normallaşdırmaq” üçün işlər görülür. Bunlar əlbəttə təəssüf doğurur. Çünki İttihad və tərəqqi hökuməti Osmanlı imperiyasını arxadan xəncərləyən erməniləri imperiyanın müxtəlif bölgələrinə köçürməklə hər bir dövlətin görəcəyi tədbiri görüb. 100 il əvvəl yaşanmış və “soyıqırım” məfhumuyla heç bir əlaqəsi olmayan şeylərə görə, bu gün Türkiyəni belə bir durumda göstərmək vətən  övladlarına yaraşan şey deyil”.

Tədqiqatçı hesab edib ki, Azərbaycan alimləri, jurnalist-yazarları bu məsələlərdə daha prinsipialdırlar: “Çünki biz ermənini daha yaxşı tanıyırıq. Bəzən saxta internasionalist bədii əsərlər də yazılır, ancaq bədii əsərlərdə həqiqət axtarmaq doğru deyildir. ”Soyqırım” böhtanlarının 100-cü ilində Azərbaycan ilə Türkiyəni birləşdirən ortaq nöqtə-torpaqlarımızın işğalı və Xocalı soyqırımı olmalıdır. Xocalı kameraların da qeydə aldığı gerçək bir soyqırımdır. 1915-ci il hadisələrinin “soyqırım”la uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Türkiyə ilə Azərbaycan bu sahədə güclərini birləşdirdikcə ermənilər dünya miqyasında daha çox ifşa olunacaqlar”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Amerika qəzeti Ermənistanın işğalçılıq siyasəti barədə məktubu dərc edib

Next Post

Bakı – London yolu açıldı

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Bakı - London yolu açıldı

Putin Obamanı təbrik edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.