"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qafarovadan Simonyanın iddialarına kəskin cavab

30 Sentyabr 2023 - 01:07
in GÜNDƏM

Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət məsələsində ikili standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi çağırışdır.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında Ermənistan parlamentinin sədri Alen Simonyanın uydurma iddialarına cavab verərkən deyib.
Spikerin sözlərinə görə, sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur.
Tədbir iştirakçılarına regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən tədbirlər barədə geniş məlumat verən Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin davam etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvələri və qanunsuz marionet rejiminin mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneə olub.
Spiker qeyd edib ki, Ermənistan son aylarda Qarabağ bölgəsində qondarma “blokada”, “humanitar böhran”la bağlı yalan və əsassız iddialar əsasında manipulyasiya etməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycanın təklifi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bu əraziyə eyni vaxtda yüklərin daşınması bu iddiaları puça çıxarıb.
Sentyabrın 19-da isə Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu söyləyən parlamentin spikeri qeyd edib ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alaraq lokal anti-terror tədbirlərinə başlayıb. Bu tədbirlər zamanı mülki əhali və obyektlər heç bir halda hədəfə alınmayıb və bununla bağlı iddialar tamamilə əsassızdır.
S.Qafarova həmçinin bildirib ki, terrorla mübarizə tədbirləri 24 saatdan da az müddətdə öz məqsədlərinə çatıb. Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejim özünü buraxıb. Hələ də davam edən erməni silahlı qüvvələrinin tərksilah edilməsi prosesi ərazilərimizin qeyri-qanuni hərbiləşdirilməsinin dəhşətli miqyasını ortaya qoydu.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna oktyabrın əvvəlində yeni hücum planlaşdırır

Next Post

Zaxarova: Rusiya MAQATE-nin yeni nüvə qətnaməsinə əməl etməyəcək

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Zaxarova: Rusiya MAQATE-nin yeni nüvə qətnaməsinə əməl etməyəcək

Zaxarova: Rusiya MAQATE-nin yeni nüvə qətnaməsinə əməl etməyəcək

Aİ səfiri Ukraynanın birliyə daxil olma tarixini açıqlayıb

Aİ səfiri Ukraynanın birliyə daxil olma tarixini açıqlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.