"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qafqaz Müsəlmanları İdarəsi məktəblərdə dinin tədrisinə münasibət bildirib

01 May 2019 - 17:48
in CƏMİYYƏT

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yeni tədris ilindən ümumtəhsil və ali təhsil müəssisələrində dini təhsilin tədrisi ilə bağlı məsələyə münasibət bildirib.
QMİ sədrinin müavini Hacı Fuad Nurullayev “Report”a açıqlamasında bildirib ki, təhsil müəssisələrində dinin tədrisi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir:
“Məktəblərdə fənlərin tədris olunması Təhsil Nazirliyinin öhdəsindədir. Bunun üçün prosesə mütəxəssislər cəlb olunur. Təbii ki, biz də bununla bağlı hər zaman təşəbbüslər irəli sürmüşük. Bu gün orta və ali məktəblərdə oxuyan şagird və tələbələr dini bilgilərə sahib olmaq istəyirlərsə, bu prosesin həyata keçirilməsi müsbətdir. Ona görə də hesab edirəm ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və Təhsil Nazirliyinin birgə mütəxəssisləri tərəfindən hazırlıq işləri görülməlidir”.
Onun sözlərinə görə, dini tədris dedikdə yalnız dini anlayışlar nəzərdə tutulur: “Burada şəriət qanunları tədris olunmayacaq. Şəriət qaydaları məscid, mədrəsə və QMİ-nin kurslarında tədris olunur. Bu gün aparılan təşəbbüslər müqabilində belə qənaətə gəlinib ki, həyat bilgiləri ilə bağlı dərsliklərə geniş şəkildə əlavələr olunsun və yeni dərs ilində orta məktəblərdə “Həyat bilgisi” fənni dolğun şəkildə şagirdlərə çatdırılsın. Eyni zamanda ali təhsil müəssisələrində isə “Multikulturalizmə giriş” fənninin daxilində din tarixi, ümumi dinlərlə bağlı təlimlər, yəni bilgilər tədris olunsun”.
Sədr müavini vurğulayıb ki, orta məktəblərdə dini bilgilərin yer aldığı “Həyat bilgisi” fənni 9-cu sinifə qədər tədris olunacaq: “Bununla bağlı nazirliyin açıqlaması da var. Mən bunu oradan oxumuşam, mənim sözlərim deyil. Orta məktəblərdə ibtidai sinif şagirdlərinə bununla bağlı müəyyən anlayışlar verilsə də, artıq dini bilgilər yeni tədris ilindən 9-cu sinifə qədər keçiriləcək. 10 və 11-ci sinif şagirdləri üçün isə bu dərslik tədris olunmayacaq. Çünki 9-cu sinifə qədər şagirdin təhsil alması icbari, 10 və 11-ci siniflərdə isə təhsil alması könüllüdür”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənninin kimi tədris olunacağı və orta məktəblərdə tədris olunan “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görüldüyü barədə məlumat yayıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Azərbaycan pomidoruna qadağa qoyub? – Açıqlama

Next Post

Zakir Həsənov: “Azərbaycan yeni və müasir silahlar alacaq”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Zakir Həsənov: “Azərbaycan yeni və müasir silahlar alacaq”

Zakir Həsənov: "Azərbaycan yeni və müasir silahlar alacaq"

Prezidentin sensasion mesajı: kimə ünvanlanıb?

Prezidentin sensasion mesajı: kimə ünvanlanıb?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.