“Fənərbaxça”nın sabiq futbolçusu Jailson yenidən Türkiyəyə yollana bilər.
Braziliyalı yarımmüdafiəçi əzəli rəqib “Qalatasaray”ın maraq dairəsindədir.
İki il “Fənərbaxça”da oynadıqdan sonra ötən il Çin klubu “Dalian Pro” ilə anlaşan 26 yaşlı oyunçu komandası ilə müqaviləsinə xitam verib. Artıq azad agent statusu daşıyan “sambaçı” ilə “Qalatasaray” danışıq aparır. Futbolçuya eyni zamanda Portuqaliyadan da təklif var.
Qeyd edək ki, Jailson 2018/19 mövsümündə “Fənərbaxça”da olarkən “Qalatasaray”la matçda rəqibin futbolçusu Yunes Belhandanı vurduğu üçün 8 oyunluq diskvalifikasiya olunmuşdu.






