“Qalatasaray” yeni transferi Vilfrid Zahanın illik xərcini açıqlayıb. “Sarı qırmızılar” Zahaya 3 mövsümlük müqavilə imzaladığını və illik 4 milyon 350 min avro ödənəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, “Qalatasaray”ın açıqlaması belədir:
Peşəkar futbolçu Dazet Wilfried Armel Zaha ilə 3 mövsümlük razılıq əldə olunub. Müqaviləyə əsasən, oyunçuya hər futbol mövsümü üçün 2.330.000 Avro xalis imza haqqı və xalis 4.350.000 Avro mövsümi qonorar ödəniləcək.
Nuranə Məmmədova





