Fransa Liqa 1 komandalarından “Nantes” “Qalatasaray”dan icarəyə götürdüyü “Mostafa Mohamed”i almaq opsiyasından istifadə etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Fransa komandası Məhəmmədin 5,7 milyon avroluq alış opsiyasından istifadə edib və misirli hücumçu ilə 4 illik müqavilə imzalayıb.
Ötən mövsüm yaşıl-sarılıların heyətində 51 oyun keçirən Məhəmməd 11 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Qalatasaray” “Mostafa Mohamed” üçün “Zamalek”ə 1,66 milyon avro icarə haqqı və 3,85 milyon avro ifadə haqqı ödəyib.
Nuranə Məmmədova





