Virtualaz.org saytı xəbər verir ki, polislər futbolçunun Hollandiyanın Utrext şəhərindəki evinə basqın ediblər. Hollandiya polisi əməliyyatın səbəbi barədə açıqlama verməyib.
Lakin Hollandiya mətbuatında yer alan xəbərlərə görə polislərin futbolçunun evində axtarış aparmasının səbəbi narkotik olub. Ancaq polislər əməliyyat zamanı narkotik və ya başqa şübhəli maddələr tapa bilməyiblər.
Ulduz futbolçu və xanımının yaxın günlərdə ifadə vermək üçün polisə çağırılacağı bildirilir.




