"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qalmaqallı azərbaycanlı oliqarxı Haaqa Tribunalına verirlər

14 Sentyabr 2014 - 02:24
in GÜNDƏM

Qalmaqallı azərbaycanlı oliqarx, Fransada “Lans” futbol klubunu alandan sonra sürətlə müflisləşən63804_src “Hafka” ləqəbli Hafiz Məmmədovun başı yeni dərdə girib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Virtualaz.org saytı xəbər verir ki, İngiltərənin “Şeffild Uednesdey” klubunun sahibi Milan Mandariçin “Hafka”ya qarşı 50 milyon avroluq iddia qaldırmağa hazırlaşdığını elan etməsindən sonra “Lans” klubunun prezidenti Jerve Martel də onu öhdəliyini yerinə yetirmək üçün məhkəməyə verməyə hazırlaşır. Özü də Haaqada yerləşən Beynəlxalq Maliyyə Tribunalına…

Xatırladaq ki, “Hafka” “Şeffild Uednesdey” klubunun səhmlərini Milan Mandariçdən 50 milyon avroya almaq barədə may ayında müqavilə bağlayıb, lakin müflis olduğundan müqavilə şərtlərini yerinə yetirə bilməyib və həmin məbləği ödəməyib.

Nəticədə Milan Mandariç bu günlərdə H.Məmmədovla müqavilənin pozulduğunu elan edib və bildirib ki, hüquqşünaslar azərbaycanlı biznesmen haqda məhkəmə iddiası hazırlayırlar.

İndi isə “Lans” prezidenti, bir vaxtlar “Hafka” ilə qol-boyun fotolar çəkdirən Jerve Martel ona qarşı məhkəmə iddiası haqda xəbərdarlıq edib. Buna səbəb H.Məmmədovun “Lans” klubunun bu mövsüm üçün nəzərdə tutulan büdcəsinə 14 milyon avro ödəyəcəyinə dair verdiyi bank qarantiyasını yerinə yetirməməsi, habelə transfer büdcəsi üçün 4 milyon avronu ödəməməsidir.

Jerve Martel və “Hafka”. Yalansız günlər…

Jerve Martel “Lans” klubu ətrafında davam edən böhranla bağlı uzun fasilədən sonra danışmağı qərara alıb.

Onun 20minutes.fr, BFMTV.com və digər KİV-lərdə yayılan müsahibəsini təqdim edirik:

-Jerve Martel, arrtıq bir aydır ki, siz heç nə danışmırdınız. Niyə?

-Mən başa düşürəm ki, insanlar bir çox məsələlərlə maraqlanır, cavab gözləyir. İndi mən mətbuatla görüşə və deyə bilmərəm ki, “gözləyin, narahat olmayın…, bu çərşənbə pullar, 4 milyon avro gələcək, yaxud uzağı cümə günü gələcək. Aydındır ki, pullar bu günə qədər gəlib çıxmayıb, ancaq mən heç vaxt arxayın uzanıb yatmamışam. Mən Hafiz Məmmədovla əlaqə saxlayıram. Onun ölkə daxilində ciddi problemləri var, başa düşə bilmirəm ki, nə problemlərdir. Ona görə də deyə bilmərəm. Bu, ölkə daxilində olan problemlərdir. Mənə elə gəlir ki, o, problemi aradan qaldırmağa can atır, ancaq mən boş dayanmayıb birbaşa Azərbaycan dövlətinin rəhbərliyinə də müraciət etmişəm. Çünki bizim “Land of Fire Azerbaijan” reklamı ilə bağlı müqaviləmiz var. Əgər soruşsanız ki bu işlər nə vaxt düzələcək, cavabım odur ki, bilmirəm.

-“Lans”ın bugünkü böhranlı vəziyyətindən xəbəriniz var?

-Bu gün biz elə vəziyyətdəyik ki, mən onu ağlıma gətirə bilməzdim. Bir tərəfdən, Hafiz Məmmədov ötən mövsümdə 20 milyon avro Verdi. Bunsuz klub məhv olardı. Bu gün o, “Şeffild Uednesdey” və “Atletiko” ilə bağlı pula qənaət etməyə məcbur olursa, deməli, narahatlıq üçün əsas var. Bu gün Məmmədovun majoritar səhmdar olduğu yeganə klub “Lans”dır. İndi Hafiz və Azərbaycan bu situasiya ilə üzləşib. Əsas səylərim klubu idman formasında saxlamaqdır. Klubun müflis olacağı haqda danışanlara gəldikdə isə mən onların arzusunun həyata keçməsinə imkan vermərəm…

-Hafiz Məmmədov niyə belə sakitdir, ondan niyə səs çıxmır?

-Hafiz fikirləşdi ki, problem klubun idarəetməsindədir. O, başa düşmür ki, DNCG-nin (Peşəkar Klublara Nəzarət Komissiyası-red.) təşəbbüskarlarından biri olaraq mən pulsuz liqaya çıxa bilmərəm. Bundan əlavə, Bakının özündə də belə iş metodu yoxdur. Mən müntəzəm olaraq Hafizlə telefon əlaqəsi saxlayıram. O, mənə oyunlardan sonra SMS-lər göndərir. Onun haqqında ağlasığmaz xəbərlər eşitmişəm. Deyirdilər ki, Hafiz həbsxanadadır, ancaq bununla belə o, ötən həftə Türkiyədə idi. Bununla belə mən ona haqq qazandırmıram. Mən klubun prezidentiyəm və Məmmədov “Lans”ın idarəçiliyinə qarışmır.

-Ola bilərmi ki, pullar heç vaxt gəlməsin?

-Bu, mümkün deyil. Onların bank qarantiyası var, imzalanıb. Məlum 4 milyon avro oktyabrın sonlarında və 14 milyon avro yanvar ayında. Onların pulları köçürmək üçün cəmi 5 gün vaxtı var, əsk halda məsələ Beynəlxalq Maliyyə Tribunalına qədər gedib çıxacaq. Mən qəti narahat deyiləm.

-May ayında prezident Fransua Ollandla Azərbaycana etdiyiniz səfərin sizə köməyi oldumu?

-Bu səfər mənə indiyədək istifadə etdiyim əlaqələr qurmağa imkan verdi. Xatırladım ki, Fransa Azərbaycanın yeddinci təchizatçısıdır, yəni Azərbaycanla ciddi ticarət əlaqələri var. O, neytral deyil. Bu, yaxşı sövdələşmənin tərkib hissəsidir. Qətərlə olduğu kimi. Bundan başqa, Parisdəki “Qətər Bankı” və Bakıdakı “Bank of Azerbaijan” da sövdələşmənin içindədir. Ola bilsin ki, vəziyyət nə vaxtsa dəyişəcək. Kim fikirləşirsə ki Hafiz Məmmədovun işi bununla bitəcək, o yanılır…

***

“L’Equipe” həftəliyi isə bu arada yazıb ki, Jerve Martel Azərbaycanın idman və gənclər naziri Azad Rəhimovla danışıqlar aparıb və H.Məmmədovun verə bilmədiyi 4 milyon avronu almağa çalışıb. Lakin bu cəhd baş tutmayıb.

Nəşr yazır ki, üzləşdiyi maliyyə böhranı şəraitində H.Məmmədov ola bilsin nəhayət, öz kapitalını digər azərbaycanlı investorlara açmağa razılaşsın və onlar da “Lans”a maliyyə köməyi göstərsin.

“Ancaq əvvəlcə baxmaq lazımdır ki, azərbaycanlı biznesmenlər bu ideyanı qəbul edəcəklərmi” – deyə jurnal yazır.

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səddam Hüseynin 14 yaşlı nəvəsi – XXI əsrin ən cəsur və qorxmaz oğlanı

Next Post

“Putinə hörmət etdiyimiz üçün…”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Putinə hörmət etdiyimiz üçün...”

Astroloji proqnoz - 14 sentyabr

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.