1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı
qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Qanlı 20 yanvar faciəsi zamanı 137 soydaşımız öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam həbsə atıldı. Gunahsız insanların qətli ilə nəticələnən olay Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir. Təəssüf ki, cinayət hələ də cəzasız qalır…
20 yanvar bizim qan yaddaşımızdır və bu tarix bizlərə çox böyük bir qəhrəmanlıq salnaməsi kimi yaddaşlarımızda qalıb və qalacaqda. Bu tarixi gənc nəsillərə ötürmək, onları maarifləndirmək, hələdə cəzasını çəkməyən cinayətkarların cəzasız qalmalarını gələcəyə ötürmək bizlərin ən ümdə vəzifəmizdir. 20 yanvar faciəsi ilə bağlı respublikanın hər bir bölgəsində anım mərasimləri keçirilir. Bu tədriblərdən biri də bu gün Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə keçirilmişdir. 12 nömrəli məktəbin direktoru Alıyev Əli 20 yanvar faciəsində şəhid olanların ruhunu bir dəqiqəlik sukutla yad etdikdən sonra, tədbir açıq elan olundu. Şagirdlər şer söylədilər, vətənpərvərlik mövzusunda mahnılar oxudular. Daha sonra tədbir iştirakçılarına söz verildi. Tədbirdə Nizami Rayon İcra başçısı Tahir Budaqov, Millət vəlkili, Yeni Azərbaycan Partiyasının Nizami Rayon şöbəsinin sədri Sədaqət Vəliyeva, Nizami və Xocalı rayon təşkilatlarının sədri Qafar Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Məhi Mehdiyev, Təhsil Nazirliyinin nümayəndəsi Şirindil Əhmədov və digər dövlət xadimləri iştirak edirdilər.
Hər bir dövlət xadimi, Sovet imperiyasının bizlərə vurduğu bu faciəvi damğanın ağrılarının illərdir respublikamızda ürək ağrısı ilə qeyd edildiyini söylədi və şagirdlərə gələcəkdə mətn, qürürlü olmalarını, müstəqilliyimizin belə qanlı faciələr nəticəsində əldə etdiyimizi, onların qanının yerdə qalmamaları üçün vətəninə, torpağına layiqli övlad olmaları tövsiyə etdilər, Azərbaycanın gələcəyi sizin əlinizdədir, onu hər zaman qoruyun və tarizimizi unutmayın deyə çıxış edənlər yaxşı və savadlı təhsil almalarını, gələcəkdə Azərbaycanı dünyada layiqli təmsil etmələrini də vurğuladılar. Sonda 20 yanvar faciəsində şəhid olanların ruhuna ehsan süfrəsi verildi.ALLAH SİZƏ RƏHMƏT ELƏSİN ŞƏHİDLƏR!!!
Qafar Nuruyev,
“Veteran” qəzetinin baş redaktoru,
“Qızıl Qələm” mükafatçısı




