
“Qanuni oğru”nun həbsxanada qəddarcasına döyülməsi qiyama səbəb olub. Cebhe.info xəbər verir ki, Rusiyadanın Vladimir şəhərindəki məşhur “qanuni oğru”larından olan Həmzat Auşevin döyülməsi onun saxlandığı “Vladimirski sentral” həbsxanasının daxilində və çöldə hərəkətlənmə ilə nəticələnib.
Hadisə yerinə çox sayda xüsusi təyinatlılar gətirilib. Onlar həbsxanaya girməyə cəhd edən şəxslərin qarşısını alıb və bir nçə saatdan sonra nəzarəti bərpa də biliblər. Bununla belə şəhərə böyük gərginlik yaranıb.
Məlumatlara görə, 25 yaşlı “oğru”nun döyülməsində həbsxana rəhbərliyi də iştirak edib. Hazırda o, xəstəxanada ölümcül vəziyyətdədir. Onun yanına heç kəs, hətta hüquqlarını müdafiə edən vəkili də buraxılmır.
Qeyd edək ki, Hamzat 2012-ci ildə 22 yaşında “taclandırılıb”. 2013 –cü ildə 26 yaşlı moskvalıya hücum etməsi itihamı ilə həbs olunub.



