"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qanunlar real ictimai münasibətləri tənzimləməlidir”- Qüdrət Həsənquliyev

16 İyun 2023 - 19:57
in Cebhe-banner, MANŞET

“Mən layihə müəlliflərinə öz təşəkkürümü çatdırmaq istəyirəm ki, Qərb standartlarına uyğun bir layihə hazırlayıblar. Amma mən, əvvəllər də parlamentdə bir fikir səsləndirmişəm ki, qanunlar real ictimai münasibətləri tənzimləməlidir”.
Elchi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, əgər ölkədə Qərb standartları yoxdursa, Qərb standartlarına uyğun qanunların qəbulu ona gətirib çıxarır ki, insanlar qanunları pozur və ölkədə qanuna hörmət itir: “Ona görə də yaxşı qanun yüksək standartlara cavab verən qanun deyil, real ictimai münasibətləri tənzimləyən qanun olmalıdır ki, onu tətbiq etmək mümkün olsun. Əgər onu tətbiq etmək mümkün olmayacaqsa, insanlar qanunları pozacaq, yayınacaq. Bu da neqativ hallara yol açacaq və ölkədə qanunlara hörmət itəcək. Buna görə də, bu məsələ üzərində düşünmək lazımdır. Məsələn, millət vəkillərinə məlumat verilmədir ki, Qərb ölkələrində təqribən yüz min nəfərə neçə avtobus, neçə metrostansiya düşür. Mən, bir dəfə Londonla müqayisə aparmışdım ki, bizdə avtobusların sayı ora ilə müqayisədə minimum 3 dəfə azdır – hər yüz min nəfərə düşən avtobusların, metrostansiyaların sayına görə. Məsələn, Londondan fərqli olaraq bizdə tramvay xətləri, kanatlar və s. yoxdur. Ona görə də əslində biz sevinməliyik. Bu gün taksilərin sayı artıbsa və qiymət aşağı düşübsə, bu bəlkə də azsaylı sahələrdən biridir ki, hökumətin burada uğuru var. Uğur da ondan ibarətdir ki, rəqabət mühiti var və rəqabət mühiti nəticəsində taksi xidmətlərində qiymətlər aşağı düşüb.
Məsələn, BakuBus niyə yaradıldı? Özəl şirkətlər bu işlə məşğul olmaldırlar. Lazım gəlsə onlara kredit verilməlidir ki, elektirik mühərrikli avtobuslar alsınlar. Avtobusların sayını kəskin artırsaq, sizi əmin edirəm ki, bütün məsələlər qaydasına düşəcək. Bunun üçün də sahibkarlara güzəştli kreditlər vermək lazımdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanları ciddi düşünməlidir. Amma mən ümumiyyətlə bu qanun layihəsini çox məqbul sayıram. Məsələn, vaxtilə parlamentdə məsələ qaldırmışdım ki, niyə bizdə sürücünün taxoqraf kartı yoxdur? İndi bu, qanunvericiliyə daxil edilir. Yəni sürücünü çox işlədə bilməyəcəklər. Sürücü hər saat yarım-iki saatdan bir dayanıb, ən azı 10-15 dəqiqə istirahət edəcək. Yəni bilinəcək ki, bir sürücü sükan arxasında nə qədər əyləşib və s. Sadəcə taksilərə, taksi kimi istifadə olunan avtomobillərə dair tələblər, standartlar yüksək səviyyəyə qaldırılmaldıır. Mütləq avtomobillərin texniki və təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır ki, hansı avtomobillərdən taksi xidmətində istifadə etmək olar? Yəni bunları etmək lazımdır və mən hesab edirəm ki, bunlar olacağı təqdirdə bu qanun uğurlu olacaq. Bu qanun ümumiyyətlə mütətəqqi qanundur, amma qeyd etdiyim kimi, neqativ hallara yol açmasın deyə mütləq metro tikintisinə ciddi vəsait ayrılmalıdır. Xarici investorlar cəlb olunmaldır. Bakıya çoxsaylı avtobuslar gətirilməlidir. Avropa ölkələrində olanda görürük ki, orada avtobuslar günün sonunda küçələrdə karvan kimi hərəkət edirlər. Bizdə isə avtobuslar tək-tük gözə dəyir və ona görə də belə bir vəziyyət yaranır. Burada müvafiq icra hakimiyyəti orqanları da iştirak edirlər. Ona görə də istəyirəm ki, onlar ictimai nəqliyyatda keyfiyyətin yaxşılaşdırılması, avtobusların sayının artırılmasını ciddi şəkildə düşünsünlər. Açıq söyləyirəm, insanlar arasında fikir bundan ibarətdir: “məmurların özləri də tıxaca düşürlər. Özləri bundan narahatdırlar. Ona görə də tıxacın qarşısının alınması üçün taksilərin sayının azaldılmasını istəyirlər”. Amma dediyim kimi, tıxacın qarşısını almaq mümkün olmayacaq, o vaxta qədər ki, ölkədə keyfiyyətli avtobusların sayı artırlmayacaq”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynalı pilotlar İsveç qırıcıları üzərində təlim keçəcəklər

Next Post

Əlcəzair prezidenti Putini bütün bəşəriyyətin dostu adlandırıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Əlcəzair prezidenti Putini bütün bəşəriyyətin dostu adlandırıb

Əlcəzair prezidenti Putini bütün bəşəriyyətin dostu adlandırıb

Ərdoğan etiraz etdi: Mənə heykəl qoymayın!

Ərdoğan etiraz etdi: Mənə heykəl qoymayın!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.