"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qanunları yaxşı bilməyə, heçə saya bilərsiniz, ancaq ŞƏHİD HAQQIna girə bilməzsiniz”

29 Sentyabr 2022 - 22:03
in CƏMİYYƏT, GÜNDƏM

“Şəhidimiz Səbuhi Əhmədovun qardaşının gündəmdəki probleminə “ev davası” kimi baxmaq yanlışdır. Bu, dərin bir kommunikasiya böhranıdır. Ancaq bu böhrana və hüquqi məsələlərə toxunmazdan öncə dahi Mirzə Cəlili yada salmaq istəyirəm.
Azərbaycan ictimai fikir tarixində Mirzə Cəlil sıralamaların fövqündə dayanan parlaq bir imzadır. Amma biz bir cəmiyyət olaraq o nadir şəxsiyyəti bir çəkimlik tənbəkini baqqaldan borc götürməyə vadar etmişdik. Borc almağı özünə sığışdırmadığından uşağı ağız açırdı baqqala.
Bir neçə gündür Sənanın məsələsi gündəmdədir. Tutalım, nazirlik səhv edib, məmur lap qələt edib, başını da daşa döyüb, bəs, hanı bu ölkənin iş adamları? Hər birinizdən üzr istəyirəm, bir gözəgəlimli zənən xeylağı bir qarış ətəyini qısaldıb, bir balaca sinəsini açıb heç efirə demirəm, İnstagramda iki-üç şəkil paylaşsaydı, indi 5 otaqlı evi, üstəlik, 100 minlik maşını da vardı”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Sabah Bakıya yağış yağacaq

Elchi.az xəbər verir ki, bu barədə Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı FB hesabında qeyd edib:

“Bax, bizim cəmiyyətimizin faciəsi budur. Özünü millət uğrunda fəda edənlərə- şəhid olsun, qazi olsun, imza olsun, bəstəkar olsun və s. – sərmayə qoya bilmirik, əlimiz ancaq eyş-işrətə açılır. Amma bu millət həm də Cəlil Məmmədquluzadəni yetişdirib axı. Axı bu millətin Cəlilləri bir çəkimlik tənbəkiyə möhtac qalsa belə, işıqlı gələcək uğrunda qələm çalıblar…
Bu toplum məmur oğlunun 2 milyonluq saatından agahdır.
Bu toplum nazirlərin, icra başçılarının və s. dövlət adına çalışanların milyonlarca qiyməti olan maşın kolleksiyalarından xəbərdardır.
Bu toplum filankəsin nəvəsi, bəhmənkəsin nəticəsdir deyə, sadəcə ingilis dilində qırrıldatdığına görə yuxarı mənsəblərə çəkilən işbilməzləri görür, tanıyır…
Şəhid Səbuhi Əhmədovun qardaşı isə yetimdir. Sözün hər mənasında yetim! O yetimlərdən biri başını heç zaman sığallamamış Vətənə canını fəda edib, o birinin altında gizlənməyə bir uçuq koması da yoxdur.
Dövlət şəhidin nəşini o tək qardaşa həvalə edir, uğrunda canlar fəda olmuş bayrağı şəhidin gözünün ağı-qarası olmuş yeganə doğmasına təqdim edir. Ancaq iş evə çatanda, mənzilə çatanda “sən şəhid ailəsinin üzvü deyilsən” deyə müvafiq qurum əlini daşının altından çəkir.
Heç kim dədəsinin evini, mülkünü bağışlamır şəhid qardaşına! Tikilən ev dövlətin, çəkilən xərc xalqındır. Adama deyərlər sən kimin evini kimə vermirsən?
Mən tam səmimi olaraq bu işdə əsla nazir Sahil Babayevi günahlandırmaq istəmirəm. Azərbaycanın demək olar ki bütün nazirliklərində bivec bir məmur təbəqəsi formalaşıb. Xalqı tanımırlar. Dövlətin məsuliyyətini başa düşmürlər, cəmiyyətdən uzaqdırlar. Öz sosial mənşəyinə görə, Sənanın parklarda gecələdiyi günləri, aclığını, susuzluğunu, bir yuva olmaq arzusunun nəhəngliyini qanacaq deyillər. Hər şeyə formal yanaşırlar.
Bəli, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun var. Həm bu qanuna, həm də bu qanunu əsas alan digər normativ-hüquqi aktlara görə, 18 yaşına çatmış bacı və qardaşlar şəhid ailəsinin üzvü olaraq güzəşt kateqoriyasından çıxırlar. Əgər 23 yaşını keçməməklə ödənişli əsasla bakalavr və magistr təhsili almırlarsa. Uşaq evlərində təhsil və tərbiyə almaq da 18 yaşına qədər güzəşt kateqoriyasına düşür.
Eyni zamanda Mülki Məcəllə var. Mülki Məcəllədə vərəsəlik məsələləri tənzimlənir, vəfat etmiş şəxsin əri/arvadı, valideynləri, uşaqları BİRİNCİ DƏRƏCƏLİ varis sayıldıqları halda, qardaş və bacıları İKİNCİ DƏRƏCƏLİ vərəsə sayılır.
İşin formal hüquqi tərəfi belədir.
Ancaq demokratiyadakı kimi, hüquqda da çarə tükənməz. Məşhur bir söz var. Deyir, çobanın könlü olsa, təkədən pendir tutar.
Əvvəla, Səbuhinin başqa kimsəsi olmadığından Sənan Şəhidin yeganə ailə üzvü- vərəsəsidir. Öncə onun bu mülki hüququ tanınmalıdır. Çünki Mülki Məcəlləyə görə: “Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür”.
“Hərbi qulluqçuların statusu haqqında” qanunda isə deyilir:
Maddə 28. Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi
Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.
Beləliklə, əgər mülki hüquqa görə, Sənan şəhidin yeganə ailə üzvü və vərəsəsidirsə, o zaman “Hərbi qulluqçuların statusu” haqqında qanunun müvafiq maddəsinə görə, 6 ay ərzində MƏNZİLLƏ TƏMİN OLUNMALIDIR!
Bəs, böhran nədən qaynaqlanır?
Böhran ondan qaynaqlanır ki, müvafiq sənədlərlə işləyən məmurlar şablondan kəanra çıxmağa, araşdırmağa ərinirlər.
İkincisi, cəmiyyətlə kommunikasiya düzgün qurulmayıb.
Baxın, son partiyada 50 şəhid ailəsinə mənzil verildi. 50 şəhid ailəsi sevindi. Onlar dövləti, hakimiyyəti, prezidenti, naziri yanlarında hiss etdilər. Ancaq verilən 50 mənzil deyil, verilməyən 1 mənzil müzakirəyə səbəb oldu və bununla da hakimiyyətin sosial siyasətinə kölgə düşdü.
Nə istəyir axı bu yetim?
Bircə otaq artıq istəyir ki, ailəsi ilə, qızı ilə heç olmasa bundan sonra bir qədər rahatlıq tapsın.
Azərbaycan sosial dövlətdir. Bu, bizim Ana Yasamızda yazılıb. Bizim bütün qanunlar vətəndaş yönümlüdür, insan yönümlüdür. Qanunları yaxşı bilməyə, heçə saya bilərsiniz, ancaq ŞƏHİD HAQQIna girə bilməzsiniz. Həm də o şəhidin ki, bizə bircə yetim qardaş əmanət qoyub gedib!”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putindən qismən səfərbərliklə bağlı növbəti tapşırıq

Next Post

“Yaxın perspektivdə sülh müqaviləsi imzalanacaq”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Next Post
“Yaxın perspektivdə sülh müqaviləsi imzalanacaq”

"Yaxın perspektivdə sülh müqaviləsi imzalanacaq"

Hulusi Akar ukraynalı nazirlə danışıqlar apardı

Hulusi Akar ukraynalı nazirlə danışıqlar apardı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.