"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qanunsuz əldə edilmiş meşə materialları və kömür hazırlanan quyular aşkar edildi

30 Noyabr 2017 - 17:08
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qanunsuz əldə edilmiş meşə materialları və kömür hazırlanan quyular aşkar edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 18-26 noyabr tarixlərində reydlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Elchi.Az-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində keçirilən reydlər zamanı Lerik rayonu Bibiyanlı kənd sakini Rasim Ağayevə məxsus “Ural” markalı 43 BB 952 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 10 m3, Lerik rayonu Piran kənd sakini Qurbanəli Nəzərova məxsus “Qazel” markalı 43 BB 132  dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,53 m3 və Lənkəran rayonu Təngivan kənd sakini Qəhrəman Əliyevə məxsus “Qazel” markalı 10 XM 184  dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 3,5 m3 həcmində qanunsuz yolla əldə edilmiş vələs, fıstıq cinsli meşə materiallarının aparıldığı aşkar olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 1631,04 manat məbləğində ziyan tətbiq edilib.

İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı Qəbələ şəhər sakini Fazil Tahirzadəyə məxsus “Ford Transit” markalı 99 GV 536 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 184 kisə, ümumi çəkisi 920 kiloqram, İsmayıllı rayonu Mican kənd sakini Heydər Kərimova məxsus “Ford Transit” markalı 31 BD 659 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 300 kisə, ümumi çəkisi 900 kiloqram olan ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib.

Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı ağac kömürü hazırlanması məqsədilə Tayıflı kənd sakinləri İlqar Dursunova, Faiq İbrahimova, Vüsal Çələbiyevə, Tofiq Sadıqova, Anar Xəlilova, Şahmar İbrahimova və Vüsal Əzizova məxsus 27 kömür quyusunun qazıldığı və qanunsuz yolla əldə edilmiş 94,28 m3 həcmində meşə materiallarından istifadə edildiyi məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlara ümumilikdə 3359,98 manat məbləğində ziyan və cərimə tətbiq olunub. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib.

Hazırda reydlər davam etdirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sürücülərə şad xəbər: Magistral yolda yeni geridönmə hissəsi yaradıldı – FOTO

Next Post

Bəzi dövlət qurumları vakant yerləri gizlədir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bəzi dövlət qurumları vakant yerləri gizlədir

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.