Qanunsuz silahlı birləşmələrə qoşulanlar barədə – Açıqlama

>

“Son dövrlərdə xaricdə olan qeyri-qanuni silahlı dəstələrə Azərbaycandan qoşulan insanlar barədə bizim tərəfimizdən məlumat qeydə alınmayıb”.

Bunu da oxuyun

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bu istiqamətdə ideoloji qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu sahəyə aid qurumların apardığı təbliğat-təşviqat işi, həmçinin hüquq-mühafizə orqanlarının profilaktik tədbirləri, medianın yaydığı izahatedici məlumatlar öz təsirini göstərib və qeyri-qanuni silahlə dəstələrə qoşulanlar yoxdur:

“Qanunvericiliyə də bununla bağlı əlavə və dəyişikliklər oldu. Bütün bunların nəticəsində son dövrlərdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar olmayıb. Qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün təbliğat aparan, vasitəçilik edən adamlar da tədricən sıradan çıxıb və yaxud da kənara çəkiliblər. Həmçinin, Azərbaycan ictimaiyyəti də bu məsələdə öz sözünü deyib”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728