"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qanunvericiliyinə görə, 8 saatdan artıq insanı işlətmək olmaz” – Qüdrət Həsənquliyev

13 May 2022 - 17:24
in MANŞET

Bəli, hörmətli sədr, mən ilk olaraq, sizi uğurlu səfər münasibəti ilə təbrik edirəm. Ölkəmizin bu səfərlərə çox böyük ehtiyacı var. Və növbəti uğurlu səfərlər arzulayıram.

Hörmətli sədr, mən bu dəyişikliklərə səs verəcəm, amma birbaşa Əmək Məcəlləsi ilə bağlı bir məsləyə də toxunmaq istəyirəm. İnternet şəbəkələrdə çox geniş yayılır və əhalinin də geniş narazılığına səbəb olan bir məsləyə.
“Xalq Cəbhəsi” xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünki plenar iclasındakı çıxışında deyib.
O, qeyd edib ki, Əmək Məcəlləsinə görə mövsümi işlər zamanı, yəni, daimi əmək müqaviləsi yox, yəni müddətli əmək müqaviləsi bağlanmalıdır: “Bizim bölgələrdə belə müqavilələr bağlanmır.
Mən dəhşətə gəldim, mənim yanıma cənub bölgəsindən bir qrup insan gəlmişdi. Qadınlar orda işləyirlər və deməli, gün ərzində onlara cəmi 8 manat pul verirlər. Gün çıxandan gün batana qədər işlədirlər, 10 manat verirlər. Niyə, 30 gün ərzində 300 manat olsun ki, əmək haqqının məbləğinə gəlib çatsın. Və bu 2 manatı da “yol pulu” adıyla sonradan onların əmək haqlarından çıxırlar, o da gəlib çıxır bir aya 240 manat. Bizim əmək qanunvericiliyinə görə, 8 saatdan artıq insanı işlətmək olmaz və 8 saatdan artıq həftədə 40 saat cəmi 5 gün ərzində və əgər normadan artıq işlədirlərsə, iki dəfə artıq əmək haqqı ödənilməlidir, amma bu da ödənilmir. Açıq söyləyək ki, bu qul əməyidi. Sonra o qadınlarla müqavilə bağlanılmadığına görə, onların gələcəkdə pensiya hüququ məsləsi də böyük bir problem olaraq ölkəmizin, hökumətin qarşısında dayanacaq, ona görə də bu məsələyə nəzarət etməli olan müvafiq dövlət orqanları ciddi nəzarət funksiyalarını həyata keçirməlidirlər. Məcbur eləməlidirlər həmin sahibkarları, fermerləri ki, o işçilərlə müqavilə imzalansın. Yəni, bu görünmür. O fermerlərin də insafı qalmayıb. O qadınlar sizin ananızdı, bacınızdı, qohumlarınızdı. Bu cür pul qazanmaq üçün onları istismar eləmək nə dərəcədə vicdanlı bir davranışdı? Bakıda çiyələyin kilosunu 5 manat satırlar. Hələ mən ən ucuzunu deyirəm, elələri var daha keyfiyyətlilərini 10 manata satırlar. Yəni orda tezdən axşama qədər bir qadın işlədib, günorta yeməklərini də vermirlər, o qadınlar da özləri ilə yemək aparırlar və sən onlara cəmi 8 manat pul verirsən gün ərzində… Mən hesab edirəm ki, onları qoymaq olmaz ki, insanları şənbə, bazar günü işlətsinlər. Ya da biz qanunvercidə dəyişiklik etməliyik. Qanunvericilikdə dəyişiklik edib konkret hər saata görə tariflər müəyyənləşdirilməlidir ki, işçiyə hər saat üçün, əgər işə muzdlu olaraq götürülürsə, müddətli əmək müqaviləsi bağlanılırsa ona nə qədər əmək haqqı verilməlidir. İndi bu insanları bizim fermerlərin vicdanına, insafına buraxmaq olmaz. Hesab edirəm ki, qanunvericilik yolu ilə də bu məsələni müzakirə eləməliyik. Hesab edirəm ki, bizim müvafiq komitə, müvafiq icra hakimiyyət orqanları ilə bu məsələni müzakirə etdikdən sonra, yaxın icaslarda biz bu məsləyə baxmalıyıq. Diqqətinizə görə çox sağ olun, dəyişikliklərə səs verəcəm”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Son sutkada peyvənd olunanların SAYI

Next Post

“Havanın soyuq olmasının müsbət tərəfi var” – Umayra Tağıyeva

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
“Havanın soyuq olmasının müsbət tərəfi var” – Umayra Tağıyeva

“Havanın soyuq olmasının müsbət tərəfi var” - Umayra Tağıyeva

Erməni prezident Ukraynadakı səfirin qızına yüksək vəzifə verdi – FOTO

Erməni prezident Ukraynadakı səfirin qızına yüksək vəzifə verdi - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.