"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qapıçı jurnalistə necə bağırdı…

09 Dekabr 2014 - 09:41
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Premyer Liqanın 15-ci turunda keçirilən “Xəzər-Lənkəran” – “Qəbələ” oyununda nominal meydan sahiblərinin 3:0-lıq qalibiyyəti “Qəbələ”nin və millinin img1507821qolkiperi Kamran Ağayevin psixoloji vəziyyətinin yerində olmamasının göstəricisi oldu.
Kamran Ağayevi şəxsən tanımasam da, atasını, əmisini tanıyıram. Dədə-baba kəndlərinə də (Şabranın Əmirxanlı kəndi, gözəl mənzərəsi var) atasıyla qalxmışıq. Atası Kamranla fəxr edir. Nəsillərinə bələdəm. Kamranın özünü isə millinin oyunundan oyununa stadionda görürəm. Adamın başının üstündə allah var, yaxşı qollar buraxmasına söz ola bilməz.
Kamranla tanışlığımızı burda dayandırıb keçək əsas mətləbə: Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilən oyuna. Kamran bu oyunda da buraxdığı qollarla yadda qala bilərdi. Amma buna Kamranın oyundan sonrakı hərəkətləri mane oldu. Oyun ərzində Kamran buraxdığı üç qola reaksiya göstərə bilməməsini oyundan sonra iki epizodla kompensasiya etmək istədi.
Başlayaq birinci, jurnalistin üstünə tullanmaq epizodundan.
Kamran Ağayevin ona yaxınlaşıb “Kamran, iki dəqiqə olar səni?” deyən jurnalistə (sual vermək həm də jurnalistin peşə vəzifəsidi) akrobatik tullanış edərək, qışqırıb  “olmaz” deməsi, jurnalisti məcbur etdi ki, “niyə qışqırırsan?” desin. Bu məqamda Kamranın Kolumbiya yığmasının məşhur qapıçısı Rene İquita kimi “əqrəb qurtarışı” göstərərək, “mən beləyəm” deməsi, onun “qol altında qalaram, amma söz altında qalmaram” prinsipini nə qədər uca tutduğunu bir daha nümayiş etdirdi.
Adamın peşəkar meyxana ustası olması futbol azarkeşlərinin yadından çıxmayıb. Məni tanıyanlar bilir ki, uzun müddət jurnalistlərin hüquqlarını məhkəmələrdə təmənnasız müdafiə etmişəm. Bu dəfə məhkəmə predmeti olmasa da, Ağayev məni məcbur etdi ki, jurnalisti millinin oyunçusuna yaraşmayan davranışdan müdafiə edim. Amma bu dəfə yazı ilə.
Ola bilər ki, Kamranın üç top buraxması onun əsəblərini korlayıb. Amma bu ona əsas vermir ki, jurnalistlə bu cür rəftar etsin. Bəlkə də burda yazıya nöqtə qoya bilərdim. Lakin və amma… Jurnalistlə “atışandan” sonra küçəyə çıxaraq azarkeşlərə “Məni söyənin bacısını…” deməsi Kamranın psixoloji durumunun həqiqətən də yerində olmamasını göstərdi.
Mən də sıradan futbol azarkeşiyəm. Uzun illərdi “Neftçi”yə azarkeşıik edirəm. Ta SSRİ çempionatıından bu yana bir komandam olub, o da “Neftçi”. Ucqar Tərtərdən Moskvaya “Neftçi”yə azarkeşlik etməyə gedirdim. Uduzurdu. Azarkeş kimi pis təsir edirdi, söyürdük. Amma bir dəfə də olsun nə Jidkovun, nə də Kramarenkonun çıxıb küçədə azarkeşi söydüyünün şahidi olmamışam. Hətta əlverişli imkanları qola çevirə bilməyən İsgəndər Cavadovun da azarkeşi söydüyünə şahidlik etməmişəm.
İqtisadiyyatın qızıl qanunu var (rus dilində gözəl səslənir): “kliyent vseqda prav” (müştəri həmişə haqlıdı). Bu qızıl qanunu futbol azarkeşləri üçün də keçərlidi: “bolelşik vseqda prav” (azarkeş həmişə haqlıdı).
Kamran, ya bu qanunu qəbul et, ya psixoloq yanına get, ya da futbolun daşını at. Belə getsə, səninlə heç kim fəxr etməyəcək. Heç qohum-əqrəban da.
Mehman Muradlı, komanda.az
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Qarabağ siyasətinə korrektələrə hazırlaşır?

Next Post

Putin Ukraynanın ərazi bütövlüyünü tanıdı — VİDEO

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Putin Ukraynanın ərazi bütövlüyünü tanıdı — VİDEO

Misirdəki səfirliklər niyə bağlanır?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.