Chandra X-şüaları Rəsədxanasının məlumatlarını araşdıraraq, tədqiqatçılar qara dəlik hissəcik axınlarından (reaktiv) yayılan rentgen şüalarında dalğalanmalar aşkar ediblər.
Elchi.az Tech Explorist-a istinadən xəbər verir ki, bir araşdırma statistik əhəmiyyətli sayda qara dəlik reaktivlərinin rentgen şüalarının emissiyalarının cəmi bir neçə il ərzində dəyişdiyini ortaya qoyub.
Tədqiqatçılar, qara dəliklərdən yayılan bu hissəciklərin rentgen şüaları yaya biləcək yüksək enerji səviyyələrinə necə çatdığı hələ məlum olmasa da, əvvəllər rentgen şüalarının milyonlarla il ərzində dəyişmədiyi düşünülürdü.
Rəsədxananın arxiv məlumatlarını təhlil edən elm adamları Çandranın çoxsaylı müşahidələr apardığı 53 qara dəlik reaktivi içərisində 155 fərqli yeri araşdırdılar.
Astronom Eileen Meyer, “Belə qısa zaman aralığında nisbətən tez-tez baş verən dəyişkənliyin kəşfi bu reaktivlər kontekstində “inqilabi”dir. Məlumatlarda bu nəticəni görmək demək olar ki, möcüzə idi, çünki müşahidələr bunu aşkar etmək üçün nəzərdə tutulmamışdı”. Merilend Universitetinin professoru və tədqiqatın aparıcı müəllifi deyib.
Tədqiqatçılar qeyd ediblər ki, reaktivlərin rentgen şüalarını necə əmələ gətirdiyinə dair ən sadə fərziyyə hissəciklərin qalaktikanın mərkəzində cərəyanlar yayan qara dəlik “mühərrikində” sürətlənməsini və rentgen şüalarının emissiyalarının zamanla dəyişməyəcəyini nəzərdə tutur.
Şayəstə Hüseynova





