Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Elchi.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,21% artaraq bir barelə görə 52,53 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,36% bahalaşaraq 49,69 dollara satılıb.
Elchi.az



