"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyi Prezidentə müraciət etdi

27 Yanvar 2021 - 20:56
in XƏBƏR LENTİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

İlk növbədə Sizi komandanlığınız altında Azərbaycanın Vətən Müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edirik! Bu qələbə xalqımızı nə qədər qürurlandırdısa, liderliyiniz ətrafında bütün xalqın birləşərək milli birlik sərgiləməsi də bizə misli olmayan qürur yaşatdı. Necə ki, Siz “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadənizi hər addımınızda təsdiqləmiş oldunuz, hər bir azərbaycanlı da Sizin əsgəriniz olduğunu nümayiş etdirdi. Bütün dünyada heyranlıq doğuran bu birlik sarsılmazdır. Hər bir azərbaycanlının prezidenti kimi göstərdiyiniz diqqət və qayğını Birinci Qarabağ Müharibəsi iştirakçıları və onların ailələri də daim öz üzərlərində gördülər. Bunun üçün də Sizə sonsuz minnətdar olduğumuzu diqqətinizə çatdırmaq istəyirik. Sahib olduğunuz bu dəyərlər və prinsiplərə görə Birinci Qarabağ Müharibəsinin qəhrəman döyüşçülərindən biri haqqında Sizə etdiyimiz bu müraciətə həssaslıqla yanaşacağınıza əminik. Belə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda könüllü olaraq silaha sarılan oğullarımızdan olan Qayıbov İntiqam Yusif oğlu Birinci Qarabağ Müharibəsinin ən qanlı-qadallı və vahiməli döyüşlərində iştirak etmişdir. Tabeliyində olduğu könüllü dəstənin qəhrəmanlıqları dillər əzbəridir. Həmin dəstənin iki döyüşçüsü – Şəhid Əliyar Əliyev və Şəhid Aqil Məmmədov Azərbaycan Milli Qəhrəmanı fəxri adlarına layiq görülmüşlər. Kəşfiyyat dəstəsində xidmət edən İntiqam Qayıbovun isə şücaətləri əksər müharibə iştirakçılarına məlumdur. Lakin o, müharibədən sonra bir cinayətlə bağlı təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmişdir. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, 27 ildən artıq həbs cəzası çəkmiş İntiqam Qayıbovun ömürlük azadlıqdan məhrum etmə cəzasının 25 il azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinə dair müraciət Qaradağ rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir (hakim Teymur Qurbanov), hazırda həmin qərardan verilmiş şikayət Bakı Appelyasiya Məhkəməsində araşdırılır. Möhtərəm Prezident, Sizin müharibə iştirakçılarına və onların ailələrinə göstərdiyiniz diqqət və qayğıları, eləcə də bu insanlar barədə daha humanist davranılması ilə bağlı daim verdiyiniz tövsiyələri rəhbər tutaraq xahiş edirik ki, Qayıbov İntiqam Yusif oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrundakı xidmətlərini nəzərə alaraq onu əfv edəsiniz. Yaşı ötmüş bu döyüşçünün uğrunda döyüşdüyü torpaqlar və doğma Qubadlı şəhəri artıq Sizin komamdanlığınız altında azad edilib. Hesab edirik ki, onun bütün məcburi köçkünlər kimi vətənə qayıtmaq yanğısını, arzusunu xidmətləri qarşılığında təmin etmək məqsədi ilə 27 illik məhbəs həyatından sonra azad edilməsi dövlətin ən humanist davranışlatından biri olar.

Dərin hörmət və ehtiramla,

Sədr M.Mehdiyev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vüsal Qasımlı: İnkişafın Qarabağ modeli qurulacaq

Next Post

Müharibə qaçılmazdır – Ermənistan bu dəfə gözünü İsrailə dikdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Müharibə qaçılmazdır – Ermənistan bu dəfə gözünü İsrailə dikdi

Müharibə qaçılmazdır - Ermənistan bu dəfə gözünü İsrailə dikdi

18 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü

18 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.