UEFA-nın klublar üçün reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsallar cədvəlinə İspaniya “Real”ı başçılıq edir.Madrid təmsilçisinin hesabında 162,514 xal var. Ümumilikdə isə siyahıda 454 komanda yer alıb.
Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi 11,500 xalla Avropanın 148-cisidi.
Qurban Qurbanovun yetirmələri İtaliya “İnter”i ilə qarşılaşmanın (0:0) nəticəsi sayəsində 10 pillə irəliləyib. Belə ki, bu matçadək Ağdamlılar 158-ci idi.
Siyahıdakı digər Azərbaycan klublarından isə “Neftçi” (9,000) 181-ci, “İnter” (5,000) 268-ci, “Xəzər Lənkəran” (4,250) 298-ci, “Bakı” (3,250) 333-ci, “Qəbələ” və AZAL (2,750) 357-ci yerə şərikdi.



