Oktyabrın 16-da Düşənbədə görüşən Tacikistan prezidenti İmaməli Rəhman və Azərbaycan prezidenti İlham
Əliyev mətbuata birgə bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinə də toxunublar. “Media forum” saytının məlumatına görə, İmaməli Rəhman deyib ki, Dağlıq Qarabağ münaqişəsi müzakirələrin gedişində mühüm mövzulardan biri olub: “Mən bu problemə bizim baxışımızı ifadə edərək bildirdim ki, Tacikistan müharibənin bütün dəhşətlərini görmüş bir ölkə kimi münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır”.
Əliyev mətbuata birgə bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinə də toxunublar. “Media forum” saytının məlumatına görə, İmaməli Rəhman deyib ki, Dağlıq Qarabağ münaqişəsi müzakirələrin gedişində mühüm mövzulardan biri olub: “Mən bu problemə bizim baxışımızı ifadə edərək bildirdim ki, Tacikistan müharibənin bütün dəhşətlərini görmüş bir ölkə kimi münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır”.İlham Əliyev Tacikistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində prinsipial mövqe tutduğunu vurğulayıb: “İmzaladığımız bəyannamədə qeyd edildiyi kimi, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməklə tənzimlənməlidir. Bu qətnamələrin qəbul edildiyi vaxtdan 20 ildən çox keçir, lakin təəssüf ki, onlar yerinə yetirilmir. Qətnamələrdə aydın deyilib ki, erməni işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Münaqişənin beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq surətdə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi bizim regionda sülhün təmin edilməsi üçün yeganə mümkün yoldur”.
Dövlət başçısı regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərinə də toxunub: “Bizdən o qədər də uzaq olmayan regionda vəziyyət, əlbəttə, bizi narahat edir. Regionda təhlükəsizliyi təmin etmək üçün biz mütərəqqi qüvvələrin səylərini birləşdirməliyik. Tacikistanda və Azərbaycanda çox müsbət inkişaf dinamikası var, sabitlik təmin olunub, iqtisadi, sosial məsələlər həll edilir. Buna görə bizim ölkələrdə təhlükəsizliyə daxili təhdidlər yoxdur. Bizi narahat edən bütün amillər sərhədlərimizdən kənardadır. Buna görə sərhədlərimizin möhkəmləndirilməsi, habelə regional təhlükəsizliyə töhfəmiz fəal müzakirə etdiyimiz məsələlərdir”.
AzərTAc xəbər verir ki, oktyabrın 16-da İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatıb. Düşənbə Beynəlxalq Hava Limanında dövlət başçısını İmaməli Rəhman yola salıb.



