Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Elchi.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunun matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri I dövrədəki son görüşündə “Bayer”lə qarşılaşacaq. İlk iki turda qələbələri sıralayan rəqiblərin qarşılaşması liderlərin dueli olacaq.
Bundesliqada da liderlik edən Xabi Alonsonun yetirmələri təkcə matçın deyil, Avropa Liqasının favoritlərindən sayılır. “Qarabağ” çətin rəqiblə görüşdən xalla dönmək üçün mübarizə aparacaq.
Qeyd edək ki, qrupun digər oyununda “Molde” “Haken”i qəbul edəcək.
Avropa Liqası
Qrup mərhələsi
H qrupu, III tur
26 oktyabr
23:00. “Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Horatsiu Feşnik (Rumıniya)
Leverkuzen. “BayArena” stadionu





