
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” səfərdə meydana çıxacaq.
Azərbaycan çempionu İngiltərənin “Çelsi” klubunun qonağı olacaq. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
London. “Stemford Bric”



