"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qarabağ” Çempionlar Liqasında “Atletiko Madrid”lə qarşılaşacaq

31 Oktyabr 2017 - 09:00
in İDMAN

Bu kollektivlərin Bakı baş tutan ilk duelində qolsuz heç-heçə qeydə alınıb

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada “Atletiko”nun qonağı olacaq.

Bu kollektivlərin oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan ilk duelində qolsuz heç-heçə qeydə alınıb. İlk turda İngiltərədə “Çelsi”yə 0:6, evdə isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzan “Qarabağ” madridlilərlə heç-heçə etməklə ilk xalını aktivinə yazıb. Bu uğurun davamını gətirmək çətin olsa da, nəzəri cəhətdən 1/8 finala vəsiqə qazanmaq da mümkündür.

Lakin Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə məğlub olarsa və “Roma” evdə “Çelsi”ni üstələyərsə, “Qarabağ” üçün ÇL-də mübarizəni davam etdirmək baxımından növbəti iki oyun formal xarakter daşıyacaq. Çünki italiyalılar 8 xalla Azərbaycan çempionu üçün əlçatmaz olacaq. “Çelsi” 7, “Atletiko” 5 xala malik olsa da, onlar arasında matçın qalması ağdamlıların ümidlərini puç edir.

“Atletiko”nun Çempionlar Liqası, La Liqa və İspaniya Kubokunda ümumilkdə keçirdiyi son 7 oyundan yalnız 1-də qalib gəlməsi “Qarabağ”ı ümidləndirən amildir. Ancaq madridlilərin son illərdəki uğurlarının memarı olan baş məşqçi Dieqo Simeone bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxır. Rəqib düşərgədə Koke və Yannik Karrasko kimi futbolçular zədədən əziyyət çəksələr də, paytaxt təmsilçisi geniş heyətə malikdir və istənilən oyunçunun yoxluğunu sığortalayacaq simalar var.

Əvəzində “Qarabağ” heyət baxımından ciddi problemlə üzləşib. “Atletiko” ilə Bakıdakı matçda qırmızı vərəqə alan qol ümidi Dino Ndlovu cəzalı durumdadır. Mərkəz müdafiəçiləri – Bədavi Hüseynovun zədə üzündən meydana çıxmayacağı dəqiqləşdiyi halda, əzələsi dartılan Yakub Jezniçakın durumu sual altındadır. Azərbaycan Premyer Liqasının son turunda “Səbail” ilə görüşdə xəsarət alan Pedro Enrike isə böyük ehtimalla komandaya kömək edə biləcək.

Qeyd edək ki, C qrupunun digər matçında “Çelsi” “Roma”nı məğlub edəcəyi təqdirdə, 1/8 finala vəsiqə qazanacaq.

Çempionlar Liqası, IV tur, C qrupu

31 oktyabr

23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Klefe, Markus Heker

Əlavə köməkçi hakimlər: Daniel Zibert, Benyamin Brand

Dördüncü hakim: Eduard Baytinqer (hamısı Almaniya)

Madrid. “Metropolitano” stadionu

Xal durumu: “Çelsi” – 7, “Roma” – 5, “Atletiko” – 2, “Qarabağ” – 1.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elçibəy sadə və böyük adam idi – Vurğun Əyyub

Next Post

Bu gün Milli Məclisin 38 məsələ üçün toplaşır

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Bu gün Milli Məclisin 38 məsələ üçün toplaşır

Bakı aeroportuna gedən yolda qadını avtomobil vurub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.