"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qarabağ” Çempionlar Liqasında tarixi oyuna çıxacaq

23 Avqust 2017 - 11:02
in İDMAN

Azərbaycan təmsilçisi 1:2-dən başlayaraq, minimal fərqlə uduzsa belə, ölkə futbolu adına ilkə imza ata bilər Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq. 

“Report”un məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka “Kopenhagen”i ilə “pley-off” mərhələsinin cavab matçında üz-üzə gələcək.

Tarixində ilk dəfə ÇL-in “pley-off”una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu səfərdə lazımı nəticəni təmin etməklə, Azərbaycan futbolu adına ilkə imza atmış olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş qarşılaşmada Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla qalib gələrək üstünlük əldə edib. İndi ÇL-in qrupuna düşmək üçün 1:2-dən başlayaraq istənilən minimal fərqli məğlubiyyət də Ağdam klubunun işinə yarayır.

“Kopenhagen” avrokuboklarda son 10 ev oyunundan yalnız 1-də uduzduğu halda, “Qarabağ” cari mövsümdə hər iki səfər matçında qalib gəlib. “Qarabağ” indiyə qədər avrokuboklarda 83 oyun keçirib, bunlardan 32-də qalib gəlib və 29 görüşdə uduzub. Ağdamlılarla matç “Kopenhagen”in avrokuboklarda 178-ci oyunu olacaq. Paytaxt təmsilçisi əvvəlki oyunlardan 73-də qalib gəlib, 63 dəfə uduzub. Avrokuboklarda 88 ev oyunu keçirən danimarkalılar bunlardan 43-də qələbəyə seviniblər, 27 görüşdə isə yeniliblər.

İndiyədək 4 dəfə (2006/2007, 2010/2011, 2013/2014 və 2016/2017) ÇL-in qrup mərhələsində çıxış etmiş “Kopenhagen” turnirin “pley-off” mərhələsində 6 dəfə iştirak edib və bunlardan 2-də qrupa düşməyi bacarıb. Paytaxt təmsilçisi ötən il Kipr təmilçisi APOEL-i, 2010/2011 mövsümündə isə Norveç “Rusenborq”unu keçib. Danimarkalılar Kipr APOEL-i (2009/2010), Çexiya “Viktoriya”sı  (2011/2012), Fransa “Lill”i (2012/2013) və Almaniya “Bayer”i ilə (2014/2015) mübarizədən məğlub ayrılıb. Ötən mövsüm ÇL-in qrup mərhələsində 3-cü yeri tutmuş “Kopenhagen” Avropa Liqasının 1/8 final mərhələsində oynamaq imkanı qazanıb və burada iki görüşün ümumi nəticəsinə əsasən, 2:3 hesabı ilə Hollandiya təmsilçisi “Ayaks”a uduzub.

Digər tərəfdən, “Qarabağ”la görüş “Kopenhagen”in baş məşqçisi Stole Solbakken üçün avrokuboklarda 100-cü oyun olacaq.

Qeyd edək ki, bundadək “Qarabağ”la “Kopenhagen” 1998/1999 mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində üz-üzə gəliblər. Danimarka təmsilçisi evdə 6:0, səfərdə 4:0 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası 

“Pley-off” mərhələsi, cavab oyunu 

23 avqust

22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) 

Baş hakim: Alberto Undiano Malyenko

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. “Parken” stadionu

İlk oyun – 0:1

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident açılışda

Next Post

Metro istifadəçilərinə şad xəbər — FOTO

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Metro istifadəçilərinə şad xəbər — FOTO

Gömrükdə avtobusun salonunda 14 min siqaret aşkar edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.