"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağ, eqo, qürur hissi…

07 Avqust 2014 - 15:11
in KÖŞƏ YAZILARI

 Aysel Əlizadə                                                                  

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

aysel-elizade

İki kəndi geri almağımızla bağlı xəbər yayıldı. Qarışıq hisslər keçirdik. Narahatlıqdan özümüzü qoymağa yer tapmadıq. İnamsızlıqla inanmaq istəyini bir arada yaşadıq, eyni anda. Hansı hiss daha güclüydü görəsən — inamsızlıq, yoxsa inanmaq istəyi?

İnanmaq istəyi səbəbsiz də deyil. Dünənə qədər düşünürdük ki, əslində toplum savaş istəmir. Savaş olsa, heç kim getməz. Əksini gördük. Savaş olsa, hamı gedərmiş…

Toplum proqnoza gəlməz qüvvədi. Düşünürsən ki, sabah mitinq etsən millət axışıb gələr, sabah olur, heç kim gəlmir. Düşünərsən ki, savaş olsa, kimsə yerindən tərpənməz, savaş qığılcımı görünür, milləti döyüşə hazır görürsən. Dayım qızından erkəndən mesaj gəldi: “Savaş olsa, gedəcəm”. Ən soyuqqanlı dostlarım belə həyəcanlıydı. Hissə qapılanları ələ salmaq istəyənlər də gördük. Guya zarafat edirdilər, sosial şəbəkələrdə statuslar yazırdılar: “İrəvana kimi getdik, facebookda Qarabağ savaşını qazandıq…” — filan. Ünvansız, səbəbsiz, bayağı…

Bu cür yumor hissi ilə yaşayan adamlara nə deyilir, bilmirəm, amma hisslərini üzə vuran, həyəcanı, sevinci, narahatlığı olan varlığa insan deyilir. İnsan emosiyalar transformatorudu. Emosiyasız insan olmur, özünü soyuqqanlı olmağa məcbur edən olur. Kamyunun bu fikrini tez-tez təkrarlayıram: Ruh ölür, ruh. Robota, cansız ətli məxluqa, kuklaya çevrilir insan. Kimsə, haçansa inandırıb ki, adam emosiyasız olanda ağıllı görünür. Ağılla bağlı maraqlı bir fikir var. Dürüst adamlar hər zaman həqiqəti deyirlər, ağıllı adamlar yeri gələndə. Həqiqət isə reallıqla uyuşmaya bilər. Və bu zaman onun həqiqət olub-olmaması da sual altında qalır.

Əslində, həqiqət yox kimi bir şeydi. Reallıq var və bu reallığa münasibət var. Olaylar var və bu olaylara münasibətlər var. İndiki reallıq odu ki, Azərbaycanda olaylar baş verir. Və insanlar bu olaylarla bağlı öz fikirlərini deyirlər. Toplum onsuz da fikrini deməkdən qorxub həmişə. Azərbaycanda bilirsiz niyə heç kim dinləməyi sevmir, hamı danışmağı sevir? Çünki bizi belə böyüdüblər. Ailə heç vaxt övladı dinləmir. Uşaqlar var, danışanda böyüklərin səsini batırmağa çalışırlar, sussan belə, qışqıra-qışqıra deyirlər sözlərini. Çünki dinlənməyib cocuq. Nə dediyinə qulaq kəsilsinlər, fikir versinlər deyə böyüklərdən möhkəm danışmağa, onların sözünü, səsini kəsməyə məcbur olub həmişə. Belə də böyüyürük…

Xəbər yayılıb ki, iki kənd almışıq. Qorxa-qorxa sevinənlər oldu, qorxa-qorxa… Hamıdan, bütün xalqdan siyasətçi olmağı gözləmək olmaz. Emosiyalarını bölüşürlər? Bölüşsünlər. Kimə nə ziyanı?! Tarixdə o qədər gözlənilməz hadisələr baş verib ki. Misir xalqını üsyandan yarım il öncə görsən deyərdin bu ölüvay xalq yüz il qala çevriliş etməz. Kim dəqiq proqnoz verə bilər? Bizdə də elə bir şərait yarandı ki, hücuma keçmək üçün əlverişliydi. Və bu xəbər inandırıcı görünə bilərdi. Sadəcə, tez də Rusiyanı, İranı xatırlayıb özümüzə gəldik. ABŞ, Avropa bizi savaşda dəstəkləyəcəkmi, onun da cavabı aydın. Bir də hər iki tərəf savaş istəmir, bunu da bilirik. Savaş nəhəng və təzminatsız, dönüşsüz itkilər deməkdi. Böyük pullar və saysız-hesabsız insan itkisidi. Yoxsa, kimsəyə sirr deyil, özümüzə qalsa, hücuma keçərik, geri də alarıq. Amma zaman o deyil, siyasilərin dediyinə görə. Siyasilərə soyuqqanlı olmaq daha asandı. Onların işi-gücü soyuqqanlı olmaqdı. Siyasətçi ya liderdi, ya başçı. Qalanları təfərrüat. Analitiklər, zadlar. Ancaq elə durumlar var ki, hətta siyasətçinin özündən belə siyasətçi olmağı gözləmək olmaz, qalmışdı bütün xalqdan siyasətçi olmağı gözləyəsən. Onsuz da bir gün keçdi və yeni xəbər gəldi, kənd-zad alınmayıb, səhv informasiyadı. Xəbəri ilk yayan sayt haqda dedilər ki, yalan — palan yaymaqla məşğuldu. Və bu yalan-palan yayan saytın xəbərini bir göz qırpımında demək olar bütün mətbuat tirajladı. Rəsmi və məsul orqanlar bunun qarşısını almağa çalışmadı. Jurnalistlər xəbəri dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayırdılar. Təkzibedici açıqlama gəlmədi. Rəsmi açıqlama gözləyin deyib durdular. Bir gün sonra da cənab Dərgahlı heç nə olmamış kimi “Biz rəsmi saytımızda bütün yayınlanması mümkün xəbərləri yerləşdiririk” dedi. Vəssalam. İctimaiyyətlə əlaqə məhz belə gərgin günlərdə qurulsun gərək. Mediayla intensiv, operativ əməkdaşlıq məhz belə günlərdə vazkeçilməzdi. Bu, öhdəlikdi. Bütün günü xəbər yoğurub ötürmək gərəkdi mediaya. Durmadan, avtomat kimi ćalışmaq, gərək olan informasiyanı hazırlayıb yaymaq, adam içinə çıxıb şayiələrlə bağlı anında açıqlama vermək mütləqdi. Saytları kontrolda saxlamaq, gərək olmayan xəbərlər gedərsə, dərhal reaksiya vermək, qarşısını almaq gərəkdi. Üç gün sonra rahat, arxayın “Ermənistanın kəşfiyyat orqanlarının Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası hərəkəti, hərbi hissələrin dislokasiyası haqqında məlumatları əldə etməsinə heç bir maneə, problem qalmayıb.

Sadəcə həmin KİV-ləri izləməklə bu məlumatları rahat əldə etmək olar” demək xeyir gətirməyəcək. Hər ehtiyatsız, ziyana işləyən mətnə görə mətbu orqana xəbərdarlıq edilməlidi. Gündə bir dəfə şablonlar yayınlamaq, yerləşdirmək azdı. Mümkün qədər effektli və diplomatik məlumatlar yaymaq gərək idi. Torpağa baxırsan, dağlığa, düzənliyə baxırsan. İnsanlar bir-birini qırır bu dağlığa görə, qlobal müzakirələr, danışıqlar, həyəcanlar yaşanır, hansısa yekə bir dövlət bu dağlığa görə çox ciddi strateji planlar qurur, adamlar ölüb şəhid adın alır, kiməsə “bax bu dağın uğrunda öldüyünə görə sənin balan şəhid adın alır və şəhidlik çox uca bir zirvədi” deyilir. Torpaq qorumaq insanın ən qədim, ilkin işlərindən biri olub. O, yaşadığı əraziyə sərhəd çəkib və ora yadları buraxmayıb. Əsrlərdi belədi. “Mənim” hissi insanın ayrılmazıdı. Fərqi yoxdu, bu “mənim” olan nədi. Mənimdisə mənimdi, heç kim onu ala bilməz. Alarsa, qürura toxunar, eqo sarsılar. Və indi Qarabağ bizim üçün eqo, qürur, mən hissi deməkdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zeynal Nağdəliyevlə “toqquşan” 21 yaşlı gənc öldü!!!

Next Post

BQXK əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

BQXK əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Sərkisyan Putinin təklifini qəbul etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.