"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Qarabağ erməniləri Azərbaycana qarşı döyüşmək istəmirlər`

03 İyun 2016 - 09:03
in XƏBƏR LENTİ

Aprel ayında cəbhə xəttində ermənilərin törətdiyi təxribat zamanı Azərbaycan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan ərazilərinin bir hissəsini azad edəndən sonra Ermənistan ordusunda çaxnaşma yaranıb və bu proses davam edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Aprel hadisələrindən sonra Ermənistan ordusunun 4 yüksək rütbəli zabitinin işdən qovulması ilə yanaşı, həbs edilməsi, Yerevanda Ermənistan müdafiə nazirinin istefaya göndərilməsi barədə hərəkatın başlaması, dinc şəraitdə Dağlıq Qarabağda 9 erməni hərbçinin qeyri-nizamnamə hərəkətləri nəticəsində öldürülməsi Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasından xəbər verir.

Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Trend-ə açıqlamasında bildirib ki, baş verən son proseslər Ermənistan ordusunun iflasından xəbər verir: “Ermənistan siyasi rəhbərliyi ordudakı yüksək rütbəli zabitləri ona görə həbs edib ki, niyə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyi bacarıb. Siyasi rəhbərlik guya bununla ordudakı digər zabitləri qorxutmaq istəyir. Amma erməni hərbçiləri Azərbaycan hərbçilərinin gücünə bələddir. Ermənistan siyasi rəhbərliyi isə gücsüzlüyünü ört-basdır etmək üçün günahları hərbçilərin üzərinə yıxıb onları həbs ermək istəyir. Buna görə də aprel hadisələrindən sonra Ermənistan Silahlı Qüvvələrinin bir general və 4 polkovniki həbs edildi. Adını da qoydular ki, guya onlar həmin döyüşlər zamanı hərbçiləri silah-sursatla təmin edə bilməyib.

Ermənistan rəhbərliyi bununla heç nəyə nail ola bilməyəcək. Çünki onlar özləri də bilirlər ki Azərbaycan Silahlı Qüvvələri qarşısında acizdirlər və işğal olunmuş əraziləri saxlaya bilməyəcəklərinə əmindirlər. Aprel hadisələrində onlar Azərbaycan Silahlı Qüvvələrinin gücünə tam bələd oldular. Çünki ermənilərin zabit korpusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisədə qat-qat zəifdir”.

Ə.Qənizadə bildirir ki, aprel hadisələrindən sonra erməni hərbçiləri arasında vəziyyət daha da pisləşib. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycana qarşı döyüşmək istəmirlər: “Məcburiyyət qarşısında qalan Ermənistan rəhbərliyi Yerevandan Dağlıq Qarabağa “könüllülər” adı ilə hərbçilər göndərib ki, Dağlıq Qarabağda yaşayan erməni hərbçilərini döyüşməyə vadar etsinlər. Dağlıq Qarabağda yaşayan ermənilər isə Yerevan ermənilərini istəmir və onların arasında mübahisələr, insidentlər yaşanır. Nəticədə aprel hadisələrindən sonra Dağlıq Qarabağda xidmət edən 9 hərbçi qeyri-nizamnamə hərəkətləri nəticəsində öldürülüb. Bu bir daha sübut edir ki, Ermənistan ordusunda vəziyyət acınacaqlı olduqca burada “dedovşina” hərəkətləri də artır. Yerevandan gələn hərbçilər Dağlıq Qarabağda xidmət edən hərbçiləri döyüb öldürür, onları Azərbaycana qarşı döyüşməyə vadar edir. Buna etiraz olaraq erməni hərbçilərin valideynləri, yaxınları Ermənistan müdafiə nazirinin istefasını tələb edirlər”.

Hərbi ekspert hesab edir ki, ermənilərin bu cür hərəkətləri onların özlərini daha çətin vəziyyətə salır: “Ermənistanda müdafiə nazirinin istefasını tələb edən vətəndaşlar elə bilirlər ki, buna nail olandan sonra vəziyyət sabitləşəcək. Amma bu belə deyil. İşğal altındakı ərazilərin azad edilməsi, Ermənistanda vəziyyətin gərginləşməsi təkcə bu ölkənin hərbi rəhbərliyinin günahı deyil. Bu həm də Ermənistan siyasi rəhbərliyinin günahıdır. Dağlıq Qarabağdakı ermənilər torpaqların işğaldan azad olunmasını, normal yaşayışın təmin olunmasını istəyir.

Onlar bilirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və Azərbaycan onların normal yaşayışına təminat verəcək. Buna görə də onlar Ermənistan siyasi rəhbərliyindən Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər. Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, Azərbaycan öz vətəndaşlarına güllə atmır və onların ölməsini istəmir. Azərbaycan Silahlı Qüvvələri yalnız Dağlıq Qarabağdakı separatçı qüvvələrin Azərbaycan ərazisindən çıxmasını tələb edir. Ermənistan rəhbərliyi də, Dağlıq Qarabağ erməniləri də bilirlər ki, hələ ki sülh yolu ilə torpaqların işğaldan azad edilməsini istəyən Azərbaycan bu proses baş tutmayacağı təqdirdə, erməni silahlı birləşmələrini işğal altındakı ərazilərdən çıxaracaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qondarma `erməni soyqırımı`nı tanıyan ölkələr – SİYAHI

Next Post

Ermənistan ordusu yenə itki verdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənistan ordusu yenə itki verdi

Türkiyənin baş naziri bu gün Bakıya gələcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.