Bu gün Azərbaycan Premyer Liqasında altınci turun oyunları keçirilib.
“Kəpəz” klubu öz meydanında son çempion “Qarabağ”la üz-üzə gəlib.
Gəncə səfərində bərabərə qalan Qurban Qurbanovun komandası isə bir xalla kifayətlənməli olub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Xal ehtiyatını 13-ə çatdıran “Qarabağ” üçüncü pillədə mövqeyi dəyişməyib. “Kəpəz” isə 7 xalla dördüncü pillədə qalıb.




