“Azərbaycanın Dağlıq Qarabağdakı hüquqlarını tanıyan Rusiya deyil, bunu Ermənistan rəhbərliyi edib. Buna necə reaksiya verəcəyi onların, Ermənistan xalqının öz işidir. Lakin İrəvanda qəbul edilən qərarlara görə günahı və məsuliyyəti Rusiyanın üzərinə atmağa ehtiyac yoxdur”, – rusiyalı diplomat qeyd edib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Departamentin nümayəndəsi əlavə edib ki, Moskvanın İrəvanın Rusiya ilə bağlı bəyanatlarına kəskin reaksiyası anlayışların əvəzlənməsinə reaksiyadır.
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-Ermənistan “Qartal partnyoru 2023” təlimlərini şərh edərkən vurğulayıb ki, NATO dövlətinin Transqafqaza nüfuz etməyə çalışmasında yaxşı heç nə yoxdur. Təlimlərə Vaşinqtondan 85-ə yaxın hərbçinin ölkəyə gələcəyi, İrəvanın isə 175 əsgər göndərəcəyi gözlənilir.
Havar Şəfiyeva






