Bu gün Premyer Liqanın VII turunun son qarşılaşması baş tutub.
“Qarabağ” “Qəbələ”nin qonağı olub. “Qəbələ” oyunun əvvəlində üstünlüyü ələ alıb. 11-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. Cəmi 3 dəqiqə sonra Baqali Dabo oyunda ikinci və sonuncu qolu vurub – 2:0.
Beləliklə “Qəbələ” klubu ardıcıl 5 tur qələbə qazanaraq birinci pillədəki yerini möhkəmləndirib.




