
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
Elchi.az-ın məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.
Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.



