“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu prosesdə irəliləyişə nail olmaq üçün ondan asılı olan hər şeyi edəcək”.
Bunu bu gün keçirilən brifinqdə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirir.
“Nizamlanma prosesinin dayanmaması, əskinə intensivləşməsi üçün bizdən asılı olan hər şeyin həyata keçirilməsi davam etdiriləcək”, – deyə Zaxarova bəyan edib.




