"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağa dair nikbin bəyanatlar sülhə gətirəcəkmi?

17 Oktyabr 2016 - 09:15
in XƏBƏR LENTİ

 Qarabağa dair nikbin bəyanatlar sülhə gətirəcəkmi?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Problemin həllinə görə əsas məsuliyyət Rusiyanın üzərində qalmaqda davam edir; Kreml Türkiyənin məsələdə rolunu etiraf edir, amma…; ekspert: “İşğal ona görə davam edir ki…”

Ötən həftə Dağlıq Qarabağ mövzusunda bir neçə maraqlı gəlişmələrlə yadda qaldı. Xüsusən də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycanın işğal altındakı rayonlarından 5-nin azad edilməsi ilə bağlı Türkiyə və Rusiya arasında anlaşma əldə olunduğu haqda iddia-açıqlaması diqqət çəkdi. Bundan bir neçə gün sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda nikbin Qarabağ bəyanatı verdi, hətta faktiki, Ermənistana Qarabağ şərti qoydu.
 
Rusiya XİN başçısı jurnalistlərə bildirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas məqam olacaq. Sitat: “Türkiyə Dağlıq Qarabağı təcridolunmadan azad edərək, regionda normal iqtisadi münasibətləri təmin edərək, bunu edə bilər. Bu bizim üçün çox vacib faktordur. Əgər birdən Ermənistan və Türkiyə Qarabağ münaqişəsini nəzərə almadan razılaşmaların yerinə yetirilməsinə başlasa, biz yalnız xoşbəxt olarıq. Ancaq hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əsas məqam olacaq”.
Rusiyanın baş diplomatı həmçinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyini mühüm amil kimi qələmə verib və qardaş ölkənin bütün regionda iqtisadi, nəqliyyat, infrastruktur fəaliyyətin normal təminatında önəmli olduğunu qeyd edib.
*****
Bu, əslində elə Kreml tərəfindən Türkiyənin nəinki regionda, o cümlədən Qarabağ məsələsində rolunun vazkeçilməz olduğunun bir etirafıdır. Diqqətçəkici detallardan biri də bu kimi açıqlamaların Moskva-Ankara münasibətlərinin təzədən yüksəliş dövrü yaşamağa başladığı dönəmə təsadüf etməsidir. Bu yüksəliş və müxtəlif sahələr əldə edilən ikitərəfli anlaşmalar yəqin ki, Dağlıq Qarabağ konfliktinin ədalətli həllinə də pozitiv təsirini göstərəcək. Artıq əcnəbi analitiklər də bunu vurğulamağa başlayıblar.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilməsi ilə bağlı fikirləri tərəflərin münasibətlərin yeni səviyyəsinə çıxmasından xəbər verir”. Bu barədə “Trend”ə siyasi analitik, Vaşinqtondakı “Gulf State Analytics”in baş məsləhətçisi Teodor Karasik deyib. 
 
Image result for Lavrov
Onun sözlərinə görə, İstanbulda Türkiyə və Rusiya rəhbərlərinin görüşündə nəinki İŞİD-lə mübarizə yolları və Suriya böhranı müzakirə olundu, eləcə də Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. “Azərbaycanın energetika sahəsində əməkdaşlıq və infrastruktur layihələri məsələlərində Türkiyəyə etibar etdiyini nəzərə alaraq, Rusiya hesab edir ki, Türkiyə münaqişənin həllinə kömək edə bilər” – ekspert qeyd edib.
Hərçənd Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasına həmişə qısqanclıq və şübhə ilə yanaşıb. Ermənistan XİN-in Lavrovun məlum açıqlamasına neqativ reaksiyası bunu bir daha sübut edir. Ancaq Rusiyanın iradəsi olan yerdə erməni kimdir ki?   
*****
Ötən həftənin Dağlıq Qarabağ ixtilafına birbaşa və ya dolayısıyla təsir edən olaylarından biri də Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu səfəri oldu. Xatırladaq ki, nüvə silahı olan yeganə müsəlman dövləti kimi Pakistan Azərbaycanın Türkiyə qədər sadiq və strateji müttəfiqidir. İki ölkə arasında bir çox sahələr, xüsusın də hərbi-texniki sferada sıx əməkdaşlıq mövcuddur və ildən-ilə bu əməkdaşlıq dərinləşir. Pakistan həm də Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir (Türkiyə tanısa da, işğal faktına görə sərhədləri qapalı saxlayır, İrəvanla diplomatik əlaqələr yoxdur).
Image result for Məhəmməd Nəvaz Şərif
M.Nəvaz Şərifin Bakı səfəri, onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, şəkk-şübhə yox ki, ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qalxmasına kömək olacaq. Buna tərəflərin Bakıda verdiyi bəyanatlar şübhə yeri qoymur.
 
“Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik. Bu məsələdə tam anlaşmamız var”.Bunu Azərbaycan prezidenti İlham Əliyev Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə danışıqlardan sonra mətbuata açıqlamasında bəyan edib. O qeyd edib ki, Pakistan baş naziri ilə müzakirələrin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunub.
“Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik” – prezident ardınca qeyd edib.
Image result for Qarabağ
Göründüyü kimi, Bakı və İslamabad bundan sonra hərbi əməkdaşlığı təkcə silah ticarəti ilə məhdudlaşdırmaq niyyətində deyil. İki dost-müttəfiq ölkə birgə müdafiə silahlarının birgə istehsalı və ortaq hərbi təlimlər keçirməyi də planlaşdırır. Bu isə işğalçı Ermənistana daha bir siqnaldır ki, nəhayət, ağlını başına yığsın və nə qədər gec deyil, Qarabağ məsələsində ədalətsiz tələblərindən əl çəksin.
*****
Bundan başqa, ötən həftə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində qəbul edilən yekun bəyanatda Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinin sürətlənməsinin vacibliyi qeyd olunub və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Bəs Qarabağa dair nikbin bəyanatlar və pozitiv olaylar nəhayət ki, sözdən işə keçməyə yardımçı olacaqmı? Təəssüf ki, siyasi şərhçilər elə də nikbin deyillər.
Image result for KTMT
“Lavrovun sözü ilə əməli arasında fərq var, Moskva əməldə Ermənistanın istədiyini edir”. Bu haqda politoloq Elxan Şahinoğlu Rusiyanın xarici işlər nazirinin Dağlıq Qarabağa dair məlum açıqlamasını şərh edərkən bildirib: “Lavrov bir tərəfdən deyir ki, Türkiyə Dağlıq Qarabağı nəzərə almadan Ermənistanla sərhədi açsaydı, yaxşı olardı, o biri tərəfdən də bunu inkar edən ifadə səsləndirib ki, indiki vəziyyətdə bu, mümkün deyil və münasibətlərin normallaşması münaqişənin həllindən keçir. Elə biz də illərdir bunu deyirik. Lavrov Türkiyənin Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyinə də eyham vurub. Bu da bizim ən böyük istəyimizdir. Bir sözlə, Lavrov ötən gün Türkiyənin və Azərbaycanın eşitmək istədiyi fikirləri dilə gətirib. Ancaq problem ondadır ki, Lavrovun sözü ilə əməli arasında fərq var, Moskva əməldə Ermənistanın istədiyini edir. Ona görə də işğal davam edir”.
 
Qarabağ münaqişəsinin üçüncü on ildir həll olunmamış qalmasının birinci səbəbi də elə vasitəçi dövlətlərin, ələlxüsus da Rusiyanın sözdə bir, əməldə tam ayrı yanaşma sərgiləməsi, faktiki, işğalçını himayə eləməsidir. İşğalçı himayə edilirkən işğal dinc yolla aradan qalxa bilərmi?  
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeni baş nazir kim ola bilər?

Next Post

Azərbaycanda narkoman qadınların rəsmi sayı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda narkoman qadınların rəsmi sayı

`ABŞ-da seçkilər saxtalaşdırılır` - Trampdan qalmaqallı açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.