Ötən gecə cəbhə xəttində iki erməni hərbçi məhv edilib.
Erməni mətbuatı xəbər verir ki, aprelin 25-dən 26-na keçən gecə baş verən atışmalarda Ermənistan ordusunun 2 hərbi qulluqçusu – Tiqran Poqosyan (1992-ci il) və N.Aruşanyan (1972-ci il) öldürülüb.
Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.




