Elchi.az News.am-a istinadən xəbər verir ki, aprelin 2-də saat 15:35-də Xocavənd RPŞ-nin Qırmızı bazar şöbəsinə Qızıl bazar inzibati ərazisinin meşə zolağında minanın partlaması nəticəsində bir mülki şəxsin xəsarət alması barədə məlumat daxil olub.
Məlumatına görə, hadisə yerinə gedən polis əməkdaşları həmin gün saat 15:10 radələrində Qırmızı Bazarın üç sakininin qeyd olunan ərazidə qulançar yığdığını müəyyən ediblər. Həmin şəxslərdən biri təmas xəttində (1997-ci il təvəllüdlü) minaya düşüb.
Zərərçəkmiş Tibb Mərkəzinə yerləşdirilib, orada sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub.
Şayəstə





