"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağı Krımdan sonra tanıyan səfir

05 Fevral 2015 - 13:43
in XƏBƏR LENTİ
Qarabağı Krımdan sonra tanıyan səfir

Diplomatiya qeyri-hәrbi  vasitәlәrlә  tәmsil etdiyin ölkәyә dostlar  qazandırmaq sәnәtidir. Ukraynanın әtrafında gedәn amansız  silahlı  döyüşlәr fonunda sәfir Aleksandr Mişenkonun  Azәrbaycanı xәyanәtdә suçlamasını  eşidəndә bir anlıq özümüzü qlobal güclәrin  yerindә hiss edib sovet siyasi elitasının keçmiş rәhbәrlәrini xatırladım.
Diplomatik xidmәtә  “xalqlar  atası” Stalinin şәxsi xeyir-duası ilә  başlayan vә 28  il SSRİ-nin xarici siyasәt sükanı arxasında dayanan Andrey Qromıko tәmsil etdiyi imperiyanın gücünә baxmayaraq, rәqiblәrini sәsinin tonu vә emosiyası ilә deyil, güzәştsiz vә inadkar soyuqqanlığı hesabına mәğlub edirdi. O, bu hissiz və sinirsiz xüsusiyyətlərə II dünya müharibəsindən qabaq Amerika sәfirliyinә  çalışmağa gedәrkәn ideya silahdaşlarının – okeanın o tayındakı bolşeviklәrin kilsәdә vaiz kimi leksiyalarını dinlәmәklә nail olmuşdu. Ateizm üzәrindә qurulmuş bir sistem dini hücrәlәrin insan alәminә  sonsuz tәsirini nәzәrә alıb, xarici cәbhәdә döyüşәn sәfirlәrә gerçәk akademiyaların ünvanını göstәmişdi. Mәgәr diplomatların bəzən şeytan işi görsәlәr dә, Allahın evinә baş çәkmәlәrindә ziyanlı nə var ki?
İndi bütün sovet keçmişini yenidәn dərk etməyə çalışan və ortaq tarix içərisindən özünə milli  keçmiş düzəldən Ukraynanın sәfirinin dә bunları bilmәsindә bir fayda var. Hәr halda kommunistlәrin qurduğu sistem tәkcә bir millətin xidmәti deyildi. İndi 70 illik qalibiyyət  yubileyini qeyd etməyə buraxılmayan sovet xalqının faşizmin  darmadağın edilməsi uğrunda mübarizəsi inkar edildikcə, ruslar  II dünya savaşının qələbə tarixinə daha çox sahiblənəcəklər və xilaskarlıq missiyaları ilə yenidən meydana atılıb antiamerikanizmin, anti anqlosaks dünyasının liderinə çevriləcəklər. Bax, onda “Osvensem”lər  yenidən təkrarlanacaq, hitlerizm təzədən baş  qaldıracaqdır.
Xatırlayırsınızsa, cәmi bir ay әvvәl ukraynalı sәfir beynәlxalq alәmi  Qarabağ mәsәlәsinә görә suçlayırdı vә әrazi bütövlüyü problemini  nәhayәt, öz bətnində yaşayan bir ölkәnin tәmsilçisinin bizә canıyananlığı çoxlarına xeyli tәbii görünmüşdü. Lakin belә  bәyanatların verilməsi heç zaman səbəbsiz olmur. Azərbaycan hərbi- siyasi meydanda yalnız qalanda nəinki iqtisadi yardım edən, eləcə də mənəvi dayaq duran postsovet ölkəsinə biz rast gəlməmişdik. Əvəzində  gürcülər, moldovanlar azərbaycanlıların timsalında pulsuz  təbliğatçılar qazanmışdılar. O vaxt Ukrayna ölkəmizdən benzin istəməyə gəlmişdi, ancaq enerji ehtiyacını respublikamızın hesabına ödəyən bir çox ölkələr beynəlxalq tədbirlərdə Rusiyanın qəlbinə  girmək üçün hər cür mənəviyyatsızlığa əl atırdılar. Qərb isə o zamanlar Azərbaycanın şimal qonşusu əleyhinə bəyanatlarını isterika adlandırıb onların üzərindən iri addımlarla keçərək böyük neft müqavilələri üçün Kremllə sazişə can atırdı. İndi nə olub, Putinin  planlarını təzəmi görməyə başlayıblar? Məgər, Qarabağ, Osetiya, Abxaziya, Dnestryanı ərazi problem yetərli deyildi?
“Keçmiş torpaqları” qaytarmağa can atan imperiya varisinə qarşı dünya infromasiya resurslarını, iqtisadi və siyasi potensialını işə salmaq üçün 2014-cü ilə qədər gözləmək, bütün məzlum xalqları onlara əzdirib əvəzində NATO, 7-lər ittifaqında və digər formatlarda Rusiyaya özəl status tanımaq, Əfqanıstanda, İraqda koalisiya ortaqlığı qurub müttəfiqə çevrilmək, nüvə klubunda şərəfli yeri onunla paylaşıb kosmik fəzanı ortaq paylaşmaq, ən sonda alıcısı Avropa olan enerji ehtiyatlarının 600 milyard dollarlıq valyuta səbəb olmaqdan sonra  indi durub Qərbə yönələn yeni Rusiya təhlükəsi haqda balladalar  danışmaq əsil riyakarlıq nümunəsidir.
İşğal əməliyyatları Donbasdan başlamayıb, Luqanskda da qurtaran deyil. Ona görə də Rusiyanı siyasi-hərbi cəhətdən təkləyən, onu ticari embarqolarla boğacağını zənn edən “Normandiya cütlüyü” bir gün Putinlə sövdələşə yapanda Stalinin əlini sıxan Çörçilin, Ruzvelti sümükləri qəbirdə çevriləcək.
Ona görə də Yanukoviçi devirib ukraynalılara azadlıq gətirəcəyini vəd  edənlərin yerinə səfirin durub Maydana aidiyyatı olmayan Azərbaycanı suçlandırması heç bir məntiqə sığmır. Lakin   Mişenkodan keçmiş hakimiyyətlərin cinayətlərinə görə cavabdehlik tələb edən yoxdur. Qisas və kin hisləri dövlət münasibətlərinin fasadına, fundamentinə qoyula bilməz. Halbuki, heç kəsi qınamadan, məğlubiyyətlərini inqilabi eyforiyada axtarsaydılar, gələcək faciələrin miqyasını bir qədər azalda bilərdilər.
Baxın, Krımı bir güllә atmadan tәhvil verәnlәr düz 25 il Qarabağa görә susdular. Hәr iki fakt Ukraynanın tarixindә qara lәkә kimi yaşayacaq. Mәgәr sübuta ehtiyacı olmayan belә faktları qabardanlar keçmiş sovet mәkanını onsuz da bölüb-parçalayanlara əlavə nəfəs vermirləmi?
Bәlkә Ukrayna Ermәnistanı tәcavüzkar kimi tanıyıb, xәbәrimiz  yoxdur? GUAM çәrçivәsindә siyasi müttәfiqliyimiz belә nә Yuşşenko, nә Yanukoviç hakimiyyәtinә Azәrbaycanla bağlı mәsәlәlərdә prinsipial bir xәtt izlәmәyә imkan vermәdi. BMT-dә sәsvermә zamanı tutulan mövqeni gözümüzә pәrçim elәmәyә çalışanların qarşısına Uqandanı, Qvineo-Bisaunu da qoya bilәrik vә bu cırtdan dövlәtlәrin bizim regionda marağı olmadığı halda tutduqları mövqe çoxlarından daha tәmәnnasız idi.
Hәr halda bizә görә yalnız bir ölkә Ermәnistanda sәfirlik açmaqdan imtina edib. O da demokratik standartlara  uyğun gәlmәdiyindәn belə fәdakarlığı başqalarına nümunә göstәrmәkdәn hәr zaman çәkinmişik.
Siyasәt avantüraya çevrilәndә çox böyük itkilәrә yol açır. Bәli, Ukraynanın keçmiş rәhbәrlәrinin sәhvlәrinin bәdәlini indi tәkcә bir xalq ödәmir. Lakin әrazisinin beşdә birini itirmiş ölkәlәrin klubuna üzv olan bir dövlətin sərhədlərində gedən davanı mifləşdirənlər SSRİ-ni vaxtı ilә dağıdanların balalarıdır. Onlar informasiya mәkanını işğal edib adamları psixoloji diversiyalara məruz qoyurlar. Guya Dondasda gedәn döyüşlәr Qarabağ uğrunda aparılan savaşın tərkib hissədir. Orada rusları mәğlub edәn benderlәr ordusu vә “Slava Ukraina”  himninin ifaçıları avtomatik olaraq silahı götürüb Xankәndinә – bizə qardaşlıq yardımına gәlәcәklәr. Budur, məğlubiyyәt ideologiyalarını körüklәyәnlәrin xalqlar üçün qurduqları növbəti tələ.
Ukrayna Qәrbin tәhlükәsizliyi üçün hәyati әhәmiyyәt daşıya bilәr vә dünyanın yeni siyasi arxitekturasını hazırlayanlar qәdim slavyan birliyni parçalamaq üçün әn yaxşı müharibәni indi qazanıblar. Lakin  Azәrbaycanın taleyi orada hәll olunmur vә antirus blokuna bizi tәhrik edәnlәrin çoxu sonradan Putinlә razılaşıb ölkәmizi çox ucuz  satacaqlar. Biz belә xәyanәtlәri iki әsrdi ki görürük. Rusiya prezidentini işğalçılıq siyasәtinә görә mühakimә edәn Qәrb dә, elә onu tәcavüzkar kimi tanıyan Ukrayna da bu ölkә ilә ticarәt aparmaqda davam edirlər. 2014-cü ilә qәdәr yüksəlәn xәttlә inkişaf edәn bu әmәkdaşlıq tәkcә MDB məkanında deyil, elәcә dә Avropa Birliyi ilә münasibәtlәrdәn daha irәlidәdir. “Rәqәmlәr və faktlar çox  amansız olur” deyirlər.
45 milyard dollarlıq dövriyyә ilә Rusiya ötәn ilә qәdәr Ukraynanın  birinci partnyoru olub. Özü dә bütün sahələr üzrә. Hәtta indi – hәr gün Donetskdә, Luqanskda yaşanan acı savaş sәhnәlәri fonunda tam düşmәnçilikdәn söhbәt gedә bilmәz. Doğrudur, әlaqәlәr iki dәfә zәiflәyib. Lakin qaz razılaşması daxil yüzlәrlә adda mәhsul ixracı yenә də iki ölkә arasında olmayan sərhәdlәri hәr gün aşıb keçmәkdә davam edir və səngərdə bir-birinə güllə atanlar bazarlarda, ofis binalarında, dövlət orqanlarında öpüşüb-görüşüb alqı-satqılarını davam edirlər.
Әn dәhşәtlisi, hәrbi sәnaye komlekslәri arasındakı müqavilәlәrin  durdurulmamasıdır. Tәsәvvür edirsizmi, Ukrayna Rusiyaya silah, texnika vә onun hissәlәrini vermәyi dayandırmayıb. Mәsәlәn, “Satana” raketi rusun hərbi arsenalına  haradan daxil olurdu? Tәsәvvür edirsinizmi, Ukrayna oğulları hәm dә onun dövlәtinin  satdığı silahlarla ölür. Moskvaya gәtirilәn texnika vә texnologiya sonradan həmin ölkənin şərqində gedən döyüş bölgələrinə göndərilir. Beləliklə, xalqların faciәləri üzәrindә milyardlar qazanılır. Siz dә  Maydandan çıxmış və keçmiş sovet xalqlarının azadlığı uğrunda hamının əvəzinə vuruşan demokratlardan danışırsız. Reallıq arzulardan və BBC ekranlarındakı tüğyan edən təbliğat sunamisindən tamam fərqlidir…
Azərbaycanın Qərbin siyasi şurasında Rusiyaya dəstək verməkdən daha çox özünün eşidilməsini istəyib. Çünki sanksiyalarla Ukrayna böhranı həll edilə bilməz. Burada seçilən vasitələr bir ölkənin mərkəzi hakimiyyətinin zəifliyi fonunda ondan daha çox uzaqlaşan şərqi subyektlərin daha da sərtləşməsi ilə müşayiət olunur və neft kotirovkaları ilə tanklar daha ucuz yanacaq əldə edib əzmlə irəliləyirlər. Müharibələr birjalarla idarə olunanda dəyişən iki statsitika olur: biri neftin qiyməti, o biri isə sayı 8 minə çatan məzarlar, 10 minlərlə yaralılar, milyardlarla humanitar itkilər, texnika qəbristanlığı və sair.
Ona görə Azərbaycan iki stulda oturmayıb, öz mənafelərinin qəbul olunmasının peşindədir. Kiminsə arasındakı nifaqdan faydalanmaq siyasəti ilə işimiz yox. Halbuki Azərbaycanı Ukraynanın kiçik qardaşı statusunda görənlər və bizə xarici siyasət kursu keçənlər indinin özündə də səsvermədə neytrallıq nümayiş etdirən erməniləri az qala bizə örnək kimi təqdim edirlər. Sual olunur, doğrudanmı, Ukrayna təcavüzkar bir ölkənin səsinə ehtiyac duyur və belə “müstəqil” davranışla işğalçı ölkənin adının üstündən qara ləkəni silib atmağa hazırdılar? Bəs prinsiplərin və hüququn davası necə oldu?
Rusların sağoluna can atan dövlətlərlə – Vyetnamla, Venesuela ilə, Nikaraqua ilə Azərbaycanı yanaşı qoyub ölkəmizi az qala ümumavropa nizamını pozmaqda günahlandıranlar, Ermənistanın Krım səsverməsinə verdiyi rəsmi alqışı cəzalandırmaq əvəzinə bu yaxınlarda Avropa Birliyi xətti ilə ona 77.5 milyon dollarlıq yardım etdilər. Budur, separatizmi müdafiə edənlərin mükafatlandırılması mərasimi. Nədən səfir Mişenko onları belə ucuz satan Qərbi suçlamağı onda özünə rəva görməmişdi?
Əslində vahid sovet keçmişinə bağlı olan ölkələrin hamısını Rusiyadan ayrılmaq tələbi qarşısında qoyanlar Ukraynanı da faciələri ilə baş-başa buraxacaqlar. Lakin onda çox gec olacaq. Öz iradəsi altında idarə olunmayan dövlətlərin hamısını ukraynalaşmaq taleyi gözləyir. Çünki Moskva Poroşenko komandasını iqtidardan devirənə qədər hərbi əməliyyatları davam etdirəcək. Bir azdan Novorossiya adlanan məkanda məğlubiyyətə uğramış antiterror əməliyyatçıları  götürdükləri silahı Maydan hökumətinə qarşı çevirəcəklər. Çünki hər ölkənin öz surət hüseynovları var.
Bu günkü Ukrayna 1992-ci ilin Azərbaycanıdır. Yalnız bir fərqlə – ərazi və əhali sayına uyğun faciələri bizdən qat-qat böyükdür.
Təəssüf ki, Ukraynanın yeni tarixi qanla yazılır. Ona görə Qarabağı Krımdan sonra tanımış bir diplomatın qəzəb hislərini boğaraq məruz qaldığı “senzuranı” dövlətinin xeyrinə işlədiyini bilməsi lazımdır. Axı Azərbaycan xalqı müharibəni keçmiş bir millət kimi hamısı  az qala səfirə çevriliblər.
Diplomatsa, susmazdan əvvəl ən azı iki dəfə düşünən şəxsə deyilir!



Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DİN-dən polis şöbəsində özünü öldürən şəxslə bağlı açıqlama…

Next Post

"Əmək veteranı" kimlərdir?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Əmək veteranı" kimlərdir?

Ağdamda uğurlu əməliyyat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.