“Qarabağ”ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.
Ağdam təmsilçisi ilk matçını sentyabrın 8-də Almaniyada “Frayburq”a qarşı keçirəcək.
“Köhlən atlar” sentyabrın 15-də Bakıda Fransa “Nant”ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisini qəbul edəcək.
“Qarabağ” V turda səfərdə “Nant”la, sonuncu turda isə Bakıda “Frayburq”la üz-üzə gələcək.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...




