“Qarabağ”ın azarkeşləri metronun kameralarını sındırıblar (FOTOLAR)

"Qarabağ"ın azarkeşləri metronun kameralarını sındırıblar

Dünən bir qrup şəxs Həzi Aslanov – Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən qatara 1566 saylı vaqona maddi zərər vurublar.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“Azərbaycanın “Qarabağ” və Gürcüstanın “Samtredia” futbol klubları arasında Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına stadionda keçirilən ilk oyundan çıxıb “Gənclik” stansiyasında Həzi Aslanov – Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən metroya minən bəzi vətəndaşlar ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan 1566 saylı vaqona əllərindəki bayraqların zopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər”, – deyə N.Paşayev bildirib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728