“Qarabağ”ın qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Bu barədə yerli mətbuat xəbər yayıb.
Bildirilib ki, “Aktobe”dən sonra “Turan” klubu da Azərbaycan millisinin qolkiperinin xidmətində maraqlıdır. Premyer Liqa təmsilçisinin baş məşqçisi Vladimir Qazzayev onu “1 nömrə” gözündə görür. 27 yaşlı qapıçı ilə danışıqlara artıq start verilib.
Balayev 2019-cu ildə məhz Qazzayevin rəhbərliyi altında “Tobol”da çıxış edib.
Qeyd edək ki, “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədər olan Emil Balayev hazırda komandanın 3-cü qapıçısıdır.






