UEFA Avropa Liqasının “play-off” mərhələsində “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” klubunun baş məşqçisi Uli Forte istefa verib.
“Qafqazinfo” xəbər verir ki, onun Çempionlar Liqasında Fransanın “Monako” klubuna 1:3 və 0:4 hesabı ilə uduzması klubdan getməsinə səbəb olub.
Klubun idman direktoru Fredi Bikel baş məşqçinin gedişini belə izah edib: “Biz daha yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik. Amma Forte mövsümə pis başladı. Buna görə də onunla yolları ayırdıq”.



