"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağın saxta “ağrıkəsiciləri”

05 Avqust 2014 - 15:25
in KÖŞƏ YAZILARI

Aqşin Yenisey                                                                          1407219027aqshin_y

İkinci Dünya müharibəsi ərəfəsində dünya mətbuatında və o vaxtın gizlin siyasi yazışmalarında siyasətçilərin Avropa cəmiyyətinə qoyduğu “hərbi psixoz” ifadəsi müharibə təhlükəsini daha sərrast göstərirdi.

Bayquş sərçəni, ilan qurbağanı, canavar eşşəyi ovlamamışdan qabaq öz baxışları ilə necə hipnoz halına salırsa, Hitler də özünün amansız çıxışları ilə bütün Avropanı “key Balaxanımın” gününə qoymuşdu. Radio vasitəsi ilə Avropaya yayılan bu çıxışlar xalqların psixi durumunu zədələyir, onlarda fürerə qarşı gah izaholunmaz heyranlıq – buna mərhəmət naminə yaltaqlıq da demək olar, – gah da yaxınlıqda olan təhlükənin qoxusunu duymuş heyvani qorxu yaradırdı.

Hitler artıq müharibə başlayana qədər dalbadal vurduğu informasiya bombardmanı ilə Avropanın, demək olar ki, bir neçə ölkəsini döyüşsüz məğlub eləmişdi, qalırdı, sadəcə, onun gəlişini gözləmək. Məsələn, Birinci Dünya müharibəsindən qalib çıxmış Çexoslovakiya kimi. Alman ordusunun tez-tez keçirdiyi hərbi paradların gurultusu, sürətlə inkişaf edən sənaye avadanlıqlarının səsi Avropa xalqlarının ruhunu iflic etmişdi; Birinci Dünya müharibəsinin yaraları sağalmamış, İkinci Dünya müharibəsi üçün tənziflər, ağrıkəsicilər hazırlanırdı.

Hitler yaxşı başa düşürdü ki, məğlubiyyət döyüşü uduzmaq deyil, uduzulmuş döyüşü xalqın yaddaşında tarixi xatirəyə çevirməkdir. Ona görə də o, dövrünün alman şairlərinin dediyi kimi edirdi; qanla qızardılmış dəmiri soyumağa, yəni birinci müharibədən məğlub çıxmış barbar nəvələrinin qəzəbini soyumağa qoymurdu. O, bu qəzəbi irəli uzatdığı qolunun arxasınca yenidən müharibə meydanına aparırdı.

Biz isə Qarabağ savaşında boşalan yumruqlarımızı hələ də yenidən sıxa bilmirik, çünki tarixdən aldığımız döyüş dərsi çox lirikdir, lap Füzulinin qəzəlləri kimi: ölsək, anamız gözüyaşlı qalacaq. Tarix bizi vətənini anasının göz yaşına qurban verən “mamauşağı”na çevirib, sanki. Son Qarabağ hadisələri zamanı şəhid olmuş on yeddi-on səkkiz  yaşlı əsgərlərin ölüm xəbərini internet saytlarında, televiziyanın xəbər proqramlarında millətə şeirlə, qəzəllə, qaboy naləsi, kamança nisgili ilə çatdıran altını batırmış vətənpərvər qəzəb dağarcıqlarını görəndə bir daha anladım ki, güllənin qabağına kamança, tankın qarşısına daşla çıxan xalqların anaları həmişə gözüyaşlı olmağa məhkumdur.

Ümumiyyətlə, bəşəriyyətin müharibələr tarixinə xəyali bir gəzintiyə çıxsaq, görərik ki, böyük müharibələrdən daha çox kiçik xalqlar xeyir götürürlər. Götürək elə bizim kəndi: farslarla rusların isti təndir çörəyi kimi öz aralarında yarı böldüyü bu kənddə II Dünya müharibəsi başlayanda nə məktəb, nə düz-əməlli bir ev olub. Eynən Platonovun “Can” əsərində təsvir etdiyi türkmən aulu kimi it ulayan bir yiyəsizlik. Cəhənnəmin yer üzünə çıxmış bir parçası. Kişilərin başı mindikləri atdan və arvaddan başqa heç nədən çıxmır. Arvadlar isə öz talelərinin ağrı-acısını sağdıqları keçilərə həzin-həzin oxuyan övlad sarıdan yetim qalmış gözüyaşlı analardır. Müharibə başlarkən ruslar bu kəndin də kişilərini qabaqlarına qatıb Varşavaya, Praqaya, Berlinə, bir sözlə, Avropanın göbəyinə aparırlar. Müharibənin nə demək olduğunu bilməyən, adını yazıb-oxumağı bacarmayan, bədəninin sağ-solunu əlinə verilmiş daş-kəsəklə tanıyan bu kişilər Nitsşelərin, Bethovenlərin, Svayqların, Kafkaların doğulduğu torpaqlarda it boğuşdurur, xoruz döyüşdürürlər. Bax bu yerdə Nitsşelər ümidsizliyə qapılıb “Tanrının öldüyünü” yazır, Kafkalar insanın həşərata necə çevrildiyini təsvir edir.

Bu müharibə münhenli Feyxtvangerin məğlubiyyəti, alıqasımlı gürzəgöz Saroğlanın qələbəsi idi. Saroğlan qabağına çıxanları qıra-qıra gedib Münhenə çıxdı, Feyxtvanger isə son nəfəsdə “Yaşasın həyat!” deyə-deyə öldü.

Qayıdaq Qarabağa. Məncə, biz müharibə mövzusunu televiziyalarda, radiolarda, qəzet səhifələrində hər yerindən duran pudralı jurnalistikanın ixtiyarına buraxmamalıyıq. Ömründə bircə dəfə dünyaya Droqunovun snayper tüfənginin nişangahından baxmayan adam müharibənin real ölüm romantikası haqqında nə danışa bilər axı? Erməni Ağdamı televizorda almayıb ki, Ağdamda atışma olan kimi Aqil Abbası verilişə dəvət edib “Dolu” romanındakı mənfur düşmən obrazlarının xarakterik cəhətlərindən danışasan. Yaxud iyirmi il boyalı dodaqlarla gündə üç dəfə “Düşmən cavab atəşi ilə susdurulub” deməklə müharibə aparmaq olmur. Olmur da, olmur! Gündə üç dəfə susdurulan düşmən hər gün yenidən necə dil açır?! Həftə səkkiz, mən doqquz qəzet səhifəsinin əlçatmaz başlığına “Qarabağı və Qüdsü unutma” yazmaqla qələbə qazanmaq mümkündürsə, onda gəlin bu şüarımızı itkilərimizin tarixi xronologiyası ilə zənginləşdirək və belə yazaq: “Təbrizi, Ərdəbili, Dərbəndi, Zəngəzuru, Göyçəni, Qarabağı, Qüdsü… unutma!!!”.

 Unutma, bəlkə, nə vaxtsa tarixin bizə yazığı gəldi.

– See more at: http://1937.az/yeni/view/3802#sthash.gE42IOYe.dpuf

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan ordusu Füzuli və Ağdam rayonları istiqamətində bir xeyli irəliləyib – təcili

Next Post

İsrail qoşunları Qəzzanı tərk ediblər

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

İsrail qoşunları Qəzzanı tərk ediblər

Həcc vizası verilməyəcək ölkələrin adları açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.